Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:36

Ömürlüklərin azadlığa çıxmasına yollar açılıb... [video]


Azərbaycanda cinayət məcəlləsi dəyişir - Kimlər azad oluna bilər?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Azərbaycanda cinayət məcəlləsi dəyişir - Kimlər azad oluna bilər? [video]

Azərbaycan prezidenti cinayət məcəlləsinə dəyişiklər təklif edir. Təkliflər qəbul olunsa ömürlük məhbusların azadlığa çıxmasına yollar açılır. Narkomaniya, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyətlə bağlı bəzi cinayətlərin cəzaları yüngülləşdirilə bilər.

21 ildir övladı məhbus həyatı yaşayan Müslümət Rzaxanova deyir ki, bu xəbər onun ömürlük həbs cəzası alan oğlunun azadlığına ümid yaradıb:

“Hər hansı qaydada icra olunacaqsa, bizlər bu xəbəri çox yüksək qiymətləndirik. Biri var tam ümidini itirəsən, biri də var ki, ümidli olasan. Çox şadıq bu xəbərdən”.

Buna da bax:​ Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’

Prezident İlham Əliyev parlamentə göndərdiyi paketdə Cinayət Məcəlləsinin 100-dən çox maddəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi təklif olunur. Yəni, bu cəzalar məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanması nəzərdə tutulur. Belə vəziyyətdə o, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməlidir. Üstəlik, elektron nəzarət vasitəsi gəzdirməlidir. Bundan başqa, həmin şəxs məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməlidir.

Bu cəza növü 2011-ci ildə ləğv edilmişdi. O vaxt Milli Məclisin Hüquq və Dövlət siyasəti komitəsinin sədri Əli Hüseynli qərarı onunla əsaslandırmışdı ki, bu cəza növü özünü doğrultmur, məhkum olunan insanlar üzərində nəzarət mümkün deyil.

Buna da bax: Cinayət qanunvericiliyi dəyişdirilir...

Bəs, ötən 6 ildə nə baş verdi ki, ləğv olunan cəza növünün yenidən bərpası təklif olunur. Hüquqşünas Adil İsmayılovun fikrincə, məqsəd həbsxanaları boşaltmaqdır. Bununla da həbsxana, dustaq xərcləri azalacaq.

Millət vəkili Zahid Oruc isə bu fikirlə razılaşmır:

Zahid Oruc
Zahid Oruc

"Bu təklif cinayətlərlə daha effektli mübarizəyə imkanı verir. Ən mühüm məsələ isə – iqtisadi xarakterli cinayətlərlə mübarizənin daha optimal yolu meydana çıxır. İnsanların cəzalarını fərqli şəkildə çəkməsinə, ödənişlər, girovlar qoymasına imkan yaradır. Azadlıqdan məhrumetmə məhdudlaşdırılır. İlkin layihədə gördüm ki, maddələrin sanksiya müddəti də dəyişdirilir. Məsələn, 5 il cəza 3 ilə endirilir, bir sıra hallarda şərti cəzalara keçir".

Buna da bax: Yeni cəza növü gəlir

Bəs, həbsxanada deyil, başqa yerlərdə olan məhkuma necə nəzarət olunacaq? Hüquqşünas Xalid Bağırov bu sualı şərh etmədən öncə bildirir ki, təklifin tərəfdarıdır. Lakin Azərbaycan gerçəkliyində qarşıda iki problemin olacağı riskini də istisna etmir:

“Bu proses tətbiq olunsa, məhkəmələr prezidentin tövsiyəsinə və qanunların onlara verdiyi imkanlara istinad edərək, alternativ cəzalar verəcək. Bu zaman isə istintaq ilişəcək və araşdırma apara bilməyəcək. Bu birinci variantdır. İkinci variantsa odur ki, prokurorluq öz bildiyi kimi işləyəcək, məhkəmələr də onların dediyini edəcək. Prezidentin tövsiyəsi və qanuna dəyişikliklər isə kağız üzərində qalacaq”.

Buna da bax: Adil İsmayılov: 'Məqsəd dustaqların sayını azaltmaqdır'

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq, soruşmuşuq ki, onların fikrincə, Azərbaycanda ədalət nə qədər təmin olunur, cinayət edənlərin hamısı ədalətli cəzalandırılırmı?

Məhkəmələrdə verilən cəzalar nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Cinayət Məcəlləsinə təklif olunan düzəlişlərin bütün detallarını Milli Məclis sentyabrın 29-da ictimai müzakirəyə təqdim edəcək. Oktyabrda isə sənədi millət vəkilləri müzakirə edəcəklər. Amma adətən prezidentin təşəbbüsü ilə parlamentə göndərilən sənədlərin müzakirəsi və qəbulu çox da uzun müddət çəkmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG