Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 19:59

Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’


Arxiv fotosu
Arxiv fotosu

Prezident İlham Əliyevin Milli Məclisə cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı göndərdiyi təkliflər paketində qanunsuz və yalançı sahibkarlıqla bağlı müddəalarin olduğu da bildirilir.

Paketdə qanunsuz və yalançı sahibkarlıq cinayətlərinə görə, məsuliyyət nəzərdə tutan maddələrin zənginləşdirildiyi qeyd edilir. Cinayət Məcəlləsinin qanunsuz və yalançı sahibkarlığa görə, məsuliyyət nəzərdə tutan 192-193-cü maddələrinə əlavələr edildiyi bildirilir. Hazırda həmin maddələr 2 hissədən ibarətdir. Hər iki maddəyə 3-cü hissənin əlavə edildiyi deyilir.

Buna da bax: Cinayət qanunvericiliyi dəyişdirilir...

Maddələrin hazırkı mətnində qanunsuz və yalançı sahibkarlıqla külli miqdarda ziyan vurulmasından (sanksiyası 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə) bəhs edilir. Təklif edilən dəyişikliklə maddəyə “xüsusilə külli miqdar” ifadəsi gətirildiyi vurğulanır.

Təklif edilən dəyişiklikdə qanunsuz və yalançı sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vurmağa görə, ən ağır sanksiya 5 ildən 7 ilədək həbsin nəzərdə tutulduğu bildirilir.

Kredit, dövlət borcu ilə bağlı maddələrdə cəzalar yuvarlaqlaşdırılır...

Verilən məlumata görə, dəyişiklik paketində kreditlərdən istifadə, dövlət borcları ilə bağlı müddəalara da dəyişikliklər nəzərdə tutulur.

Cinayət Məcəlləsinin “qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” cinayətinə görə, məsuliyyət müəyyən edən 195-ci maddəsinin sanksiya hissəsi dəyişdirilir. Sanksiyalar hissəsinə azadlığın məhdudlaşdırılması cəzası daxil edilir. Bundan başqa, qeyd olunan cinayət əməlinə görə, 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hazırda belə cinayətlərə görə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Buna da bax: Adil İsmayılov: 'Məqsəd dustaqların sayını azaltmaqdır'

Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma cinayətinə (Cinayət Məcəlləsinin 195-1-ci maddəsi) görə isə, ən ağır cəza kimi iki ilədək həbs təklif edilir. Hazirda 2 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Verilən məlumata görə, həmçinin, kreditorların borclarını ödəməkdən qəsdən yayınma cinayətinə görə də cəzalar yuvarlaqlaşdırılır. Cinayət Məcəlləsinin 196-cı maddəsində nəzərdə tutulan bu cinayət əməlinin hazırkı cəzası ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə, bir ilədək müddətə islah işləri və ya üç ilədək həbsdir. Yeni variantda isə ziyanın üç mislinədək miqdarda cərimə, bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təklif olunur.

Buna da bax: Yeni cəza növü gəlir

Əmtəə nişanlarından qanunsuz istifadə etmə (Cinayət Məcəlləsinin 197-ci maddəsi) cinayətinə görə, ən ağır cəza kimi iki ilədək azadlıqdan məhrum etmə təklif edilir. İndiyədək 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu.

Xatırlatma

Prezident İlham Əliyev Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərin edilməsini nəzərdə tutan təkliflər paketi göndərib.

Paketdə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən artıq dəyişiklik təklif olunur.

Təkliflər qəbul olunsa, Cinayət Prosessual Məcəlləsinin 25-dən çox maddəsi dəyişdiriləcək. Burada azadlığın məhdudlaşdırılması ilə bağlı yenə cəza və başqa bir sıra dəyişikliklər nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG