Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

Bir həftədən çoxdur ki, Çin sahilində yanan İranın neft tankeri batıb (VİDEO)


Bir həftədən çoxdur ki, Çin sahilində yanan İranın neft tankeri batıb.

Bu barədə yanvarın 14-də Reuters xəbər verir.

“Sançi” tankeri yanvarın 6-da Şərqi Çin dənizində Çinin yük gəmisi ilə toqquşduqdan sonra ynmağa başlayıb.

Çin televizyası yanvarın 14-də tankerin batdığını göstərən görüntülər yayıb.

Bir həftədir ki, Çin sahilində yanan İran tankeri batıb
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Şanxay axtarış-xilasetmə mərkəzinin məlumatına görə, batmazdan əvvəl gəmidə qəflətən yeni güclü yanğın əmələ gəlib.

Gəmi 136 min ton neft daşıyırmış.

İran hakimiyyəti heyət üzvlərindən kiminsə sağ qaldığına ümid olmadığını bəyan edib.

Tankerdə 32 heyət üzvü olub.

Onlardan 30-u iranlı, 2-si isə banqladeşlidir.

Xilasedicilər gəminin qeydiyyat sistemini və 3 nəfərin cəsədini aşkar ediblər.

Qəza vaxtı Çinin yük gəmisində olanların hamısı xilas edilib.

Panama bayrağı altında üzən neft tankerini İran şirkəti icarəyə götürübmüş.

Günün bütün mövzuları

XS
SM
MD
LG