Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Nazir nümunəvi çimərlik yaradır


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

«Azərbaycanda vahid çimərlik standartları işlənib təsdiqlənməlidir».

«Report»un xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novxanıda nümunəvi çimərliyin açılışında belə deyib.

Onun sözlərinə görə, gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən, mütləq standartlara əməl etməlidirlər.

Nazir bildirib ki, nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər ölkələrdən turistlər gəlir: «Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq. Bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır. Dünyada böyük bir «mavi çimərlik» hərəkatı var. «Mavi çimərlik»lərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkata qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir».

Buna da bax: Turistlər Azərbaycanda nəyi bəyənir, nəyi bəyənmir?

Ə.Qarayev turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətlərinin araşdırıldığını da qeyd edib.

Xəzər dənizinin çimərlikləri bəzi şəxslər tərəfindən demək olar ki, tamamilə hasarlanıb. Keçmiş prezident Heydər Əliyevin sahildən 130 metr içəriyə doğru hər hansı tikintini və s. qadağan edən fərmanı var idi. Dənizdəki çimərliklərin əksəriyyəti pulludur.

Ölkə rəhbərliyi dəfələrlə dənizin hasarlanmasını və çimərliklərin pullu olmasını tənqid etsə də, vəziyyət illərdir dəyişmir.

XS
SM
MD
LG