Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Turistlər Azərbaycanda nəyi bəyənir, nəyi bəyənmir?


Turistlər
Turistlər

Mədəniyyət və Turizm Nazirliyi ASAN könüllüləri ilə birgə Bakıda turistlərin daha çox olduğu İçəri Şəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində keçirdiyi qısa sosioloji sorğunun nəticələrini açıqlayıb.

Sorğuda 3 saat boyunca 247 turist iştirak edib və sualları cavablayıb.

247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10.5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6.5%-i Ukraynanın, 4.5%-i Böyük Britaniyanın, 26.5%-i isə digər ölkələrin payına düşür.

Turistlərin 55%-nin ilk dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi məlum olub.

«Azərbaycanda nəyi bəyəndiniz» sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçəri Şəhəri, Qız Qalasını, Fəvvarələr Meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirib.

«Nəyi bəyənmədiniz» sualına cavablar da maraqlı olub. Turistlər qiymətlərin bahalığını, ictimai nəqliyyatın narahatlığını, internet sürətinin zəifliyini,əhalinin, xüsusən də taksi sürücülərinin ingiliscəni zəif bilməsini qeyd ediblər.

Buna da bax - 'Xəzər dənizinə turist cəlb etmək çətindir'- Ekspert

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG