Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Çindən kənarda ilk koronavirusdan ölüm halı qeydə alınıb


Çin, 28 yanvar 2020

Flippində konoravirusa yoluxmuş 44 yaşlı xəstən ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yerli bölməsi məlumat yayıb. Təşkilat bunun Çindən kənarda ilk koronavirus sətəlcəmindən ölmə halı olduğunu bildirir.

Fevralın 2-ə olan məlumata görə, virusdan ölənlərin sayı 300-ə çatıb. Təkcə bir sutka ərzində Çində 45 nəfərin koronavirus-dan öldüyü bildirilir ki, onların da hamısının virusun ilk yayıldığı Çinin Hubey əyalətindən olduğu vurğulanır.
Virusa yoluxanların sayının təxminən 15 minə çatdığı, bir aydan az bir müddətdə koronavirusun ümumilikdə dünyanın 20-dən ölkəsində yayıldığı xəbər verilir.

Çinindən gələn azərbaycanlı tələbələr həkim nəzarətindədirlər
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

ÜST yeni növ koronavirus səbəbiylə beynəlxalq fövqəladə vəziyyət rejimini elan etdi

Bu həftə Rusiyada iki nəfərdə virusa yoluxma halı qeydə alınıb ki, hər iki şəxsin Çin vətəndaşı olduğu bildirilir. Rusiya Çinlə öz sərhədlərini bağlayıb, dəmiryolu və hava nəqliyyatı ilə əlaqələri məhdudlaşdırıb.

Həkimlərin rəyinə görə, yeni koronavirus şiddətli sətəlcəmə səbəb olur və ona qarşı xüsusi müalicə yoxdur, yalnız simptomlardan azad olmaq mümkündür. Xəstəliyin ağır bir forması bir qayda olaraq immuniteti azalmış xəstələrdə və yaşlılarda inkişaf edir.

XS
SM
MD
LG