Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:03

Çində doğum sayı son 60 ildə ən aşağı həddə enib


Pekin, 2011
Pekin, 2011

Çində yaşı 60-dan çox olanların faizi 2020-ci ildə olan 18.7 faizdən 2021-ci ildə 18.9 faizə qalxıb

Çində doğum sayı son altı onillik ərzində ən aşağı həddinə enib və hökumətin əhali artımını stumullaşdırmaq səylərinə baxmayaraq 2021-ci ildə ölüm sayından azacıq çox olub.

The Guardian yazır ki, Çində 2021-ci il ərzində 10.62 milyon uşaq doğulub.

Çinin Milli Statistika Bürosu bildirir ki, bu, hər min nəfərə 7.52 uşaq deməkdir.

Qurumdan verilən məlumata görə 2021-ci ildə 10.14 milyon ölüm qeydə alınıb və hər min nəfərə düşən ölüm sayı 7.18 olub.

Beləliklə doğumlar ölümləri hər min nəfərə cəmi 0.34 qədər üstələyib.

Bu, Çində 1960-cı ildən bəri qeydə alınan ən aşağı təbii artım göstəricisidir.

Ötən may ayında hər on idən bir aparılan əhalini siyahıyaalma keçirilib.

Siyahıyaalma illik əhali artımının 0.53 faiz olduğunu göstərib. 2000-2010-cu illər arasında bu rəqəm orta hesabla 0.57 faiz idi.

Əhali qocalır

Çin şərqi Asiyanın bir çox ölkələri kimi hazırda əhali böhranı yaşayır.

Bu regiondakı bir çox ölkələr üçün neqativ demoqrafik proqnozlar verilib.

Yanvarın 17-də açıqlanmış rəqəmlərdən görünür ki, Çində yaşı 60-dan çox olanların faizi 2020-ci ildə olan 18.7 faizdən 2021-ci ildə 18.9 faizə qalxıb.

Pinpoint Asset Management firmasının iqtisadçısı Jvey Janq deyir ki, əhalinin qocalması prosesi gözləndiyindən daha sürətlə baş verir.

Ekspertin fikrincə belə görünür ki, Çində əhali artımı 2021-ci ildə pik nöqtəsinə çatıb.

Pekin mənfi demoqrafik proseslərin qarşısını almaq məqsədi ilə pensiya yaşının artırılması da daxil silsilə tədbirlər həyata keçirir.

2016-cı ildə ailədə iki uşaq siyasəti üç uşaq siyasəti ilə əvəzlənəndə doğumlarda cüzi artım qeydə alınsa da, sonrakı illərdə azalma davam edib.

İqtisadiyyat yavaşıyır

Bahalıq, gec yaşda evlənmələr gənc çinlilərin övlad sahibi olmaq həvəsini azaldan amillər sayılır.

Hökumət vəziyyəti düzəltmək üçün bahalı fərdi repetitorluğu qadağan edib, analıq dekreti müddətini artırıb və başqa tədbirlər görüb.

Lakin çinli ekspertlər bildirirlər ki, mənfi demoqrafik proseslərin səbəbi daha dərindədir.

The Guardian yazır ki, Çin hazırda iqtisadi sahədə potensial sabitsizliklə üzləşib.

ÜDM-ə görə ikinci iqtisadiyyat olan Çində iqtisadi göstəricilər də pisləşir.

Məsələn pərakəndə satış sahəsində artım ötən noyabrda 3.9 faiz olduğu halda dekabr ayında 1.7 faizə düşüb.

Tikinti sahəsində və daşınmaz əmlak bazarında da yavaşıma qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG