Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Məxməri inqilabın ildönümü ilə bağlı Çexiyada aksiya keçirilib


Praqada aksiya, 16 noyabr 2019

Noyarın 17-də Praqada məxməri inqilabın əsas hadisələrinin başladığı 17 noyabr 1989-cu il tarixli tələbə mitinqinin xatirəsinə kütləvi aksiya keçirilib.

30 il əvvəl olduğu kimi bu dəfə də aksiya Çarlz Universitetinin bir neçə elmi binasının olduğu Albert rayonundan başlayıb. Marşrutdakı nöqtələrdən biri Vltava çayının sahilindəki Vysehrad təpəsi olub. Mitinq tələbələrin əfsanəvi çıxış etdiyi Narodni Trida küçəsində yekunlaşıb. Bu yürüş Çexiya paytaxtında dinc inqilabın 30 illiyi münasibətilə əsasi bayram tədbirlərindən birinə çevrilib.1989-cu ilin noyabr-dekabr aylarındakı bu aksiyalar kommunist partiyasının hakimiyyətinə və sosializmə son qoyub.

Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən ilkin toqquşmalara baxmayaraq inqilab qansız bir şəkildə həyata keçirilib və “məxmər” adını alıb.

İnqilabın 30 illiyi ərəfəsində Praqada on millərlə əhali hökümət əleyhinə mitinq keçirib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG