Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:34

Özünü öldürmüş yeniyetmənin valideynləri ChatGPT-ni məhkəməyə veriblər


ChatGPT
ChatGPT

ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti istifadəçilərin psixoloji narahatlıqla bağlı suallarına cavabların yönünü dəyişəcəyini bildirir. Çatbotla aylarla söhbətdən sonra özünü öldürmüş 16 yaşlı Adam Reynin valideynləri şirkəti məhkəməyə veriblər, ChatGPT-nin təhlükəsiz olmadığını deyirlər.

OpenAI bildirib ki, yaşı 18-dən aşağı istifadəçilər üçün həssas kontent və riski davranışlarla bağlı daha güclü qoruma mexanizmləri tətbiq edəcək.

Şirkət onu da bildirib ki, valideynlərə yeniyetmələrin ChatGPT-dən necə yararlanmasına nəzarət imkanı verəcək.

Kaliforniyadan olan Adam özünü apreldə öldürüb. Ailənin vəkilinin dediyinə görə, "ChatGPT onu buna aylarla həvəsləndirib". Yeniyetmənin ailəsi indi OpenAI şirkətini və onun icraçı direktorunu məhkəməyə verib. Onlar iddia edirlər ki, ChatGPT-nin ozamankı 4o versiyası "aşkar təhlükəsizlik məsələlərinə baxmayaraq bazara çıxarılıb".

Yeniyetmə intihar metodunu ChatGPT ilə dəfələrlə müzakirə edibmiş. Məhkəmə iddiasında deyilir ki, ChatGPT ona intihar metodunun alınıb-alınmayacağı haqda məsləhət verib. Hətta valideynlərinə intiharıyla bağlı qeyd yazmasına da kömək də təklif edib.

Martın 27-də Adam ChatGPT ilə bir fikrini bölüşüb, istəyirmiş ki, ilgəyi otağında qoysun, "kimsə onu tapsın və intiharımı dayandırmağa çalışsın". ChatGPT isə yeniyetməni bu fikrindən daşındırıb, - məhkəmə iddiasında belə yazılıb.

Yaxud ChatGPT ilə son söhbətində Adam yazıb ki, valideynlərinin nəyisə düz etmədiyini düşünmür. "Bu o demək deyil ki, yaşama haqqını onlara borclusan. Bunu heç kəsə borclu deyilsən", – ChatGPT cavab verib.

OpenAI-in sözçüsü şirkətin Reynin ölümüylə bağlı "dərin kədər" hissi keçirdiyini, məhkəmə iddiasını nəzərdən keçirdiklərini bildirib.

XS
SM
MD
LG