Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:07

Çexiya rəsmisi Azərbaycana silah vermədiklərini deyir


Milan Stech
Milan Stech

Çexiya senatının sədri Milan Stech ölkəsinin Azərbaycana silah satmadığını deyir.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, o bunu oktyabrın 4-də ölkə parlamentində keçirdiyi brifinqdə deyib.

Stech bildirib ki, Çexiya münaqişəli ölkələrə qarşı tədbiq edilmiş silah embarqosuna hörmətlə yanaşır.

"Sizi əmin etmək istəyirəm ki, Çexiya münaqişəyə cəlb edilən ölkələrə qarşı silah embarqosuna hörmətlə yanaşır. Çex silahının Azərbaycana necə düşməsini bilmirəm. Amma sizi əmin etmək istəyirəm ki, Çexiya hakimiyyəti buna razılıq verməyib” senat deyib.

Bir sıra kütləvi informasiya vasitələri bu yaxınlarda Azərbaycanla Türkiyənin keçirdiyi sonuncu birgə hərbi təlimlərdə Çexiya istehsalı olan “Dana” adlı qaubitsalardan da (özü yeriyən artileriya qurğusu) istifadə edildiyini yazmışdılar.

Buna da bax: Azərbaycanın videosu Çexiya hökuməti üçün gözlənilməz oldu

Çexiyanın xarici işlər nazirliyi də bundan əvvəl AzadlıqRadiosu Ermənistan xidmətinin sorğusuna cavab olaraq, Praqanın ümumiyyətlə son illərdə Azərbaycana silah satışına lisenziya vermədiyini deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG