Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:22

Azərbaycanın videosu Çexiya hökuməti üçün gözlənilməz oldu


Hospodarske Noviny qəzeti
Hospodarske Noviny qəzeti

“Silah embarqosuna baxmayaraq Azərbaycan aldığı müasir çex silahı ilə öyünür”. “Çexiya hökuməti bu silahın Azərbaycana necə çatdırıldığını anlaya bilmir”. “İstintaq başlanıb və Çexiyanın xüsusi xidmətlərinin rəhbərləri istintaqa çağırılıb”.

Bütün bunları sentyabrın 26-da Çexiyanın nüfuzlu “Hospodarske Noviny” qəzeti yazır.

Çex nazirləri baş sındırır: silahı Azərbaycana necə veriblər?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Məqalədə deyilir ki, əvvəlcə Azərbaycanın təbliğat videosu peyda oldu. Videoda Azərbaycan ordusununmüasir özüyeriyən haubitsaları və raket qurğuları olduğu göstərilirdi. Ancaq videodan görünürdü ki, bu, Dana-M1 haubitsasıdır. Dana-M1 isə Çexiyada istehsal olunur. Arayış üçün onu da deyək ki, haubitsa artilleriya silahıdır, görünməyən və ya sədd arxasındakı hədəfləri vurmaq üçün istifadə olunan topdur.

Azərbaycanın göstərdiyi video Çexiya hökuməti üçün gözləniməz olub. Çünki Çexiya münaqişə zonalı Azərbaycana silah embarqosuna rəsmi olaraq əməl edir.

Çexiyadan silah ixracı təbii ki, asan deyil. Buna Daxili İşlər nazirliyinin, Xarici işlər nazirliyinin və Müdafiə nazirliyinin razılığı lazımdır. Bundan sonra buna Sənaye və Ticarət nazirliyi icazə verməlidir.

Müdafiə nazirliyinin təmsilçisi Jan Peyşek deyib ki, son illər müdafiə nazirliyi Azərbaycana hərbi materillar ixrac etməyib. Onla görə bu texnikanı Azərbaycanın necə aldığını müdafiə nazirliyi bilmir.

Sənaye və Ticarət naziri Jiri Havliçek də çex silahının Azərbaycana necə gedib-çıxdığını bilmir.

Azərbaycana isə çex istehsallı təkcə Dana-M1 haubitsaları gedib-çıxmayıb. Azərbaycanın RM-70 raket qurğuları da Çexiyada istehsal olunub.

Hazırda Dana -M1 haubitsalarının və RM-70 raket qurğularının son illər haralara verildiyi öyrənilir.

Çexiyanın Xarici işlər nazirliyi bildirir ki, nazirlik Azərbaycana silah ixrcaına lisenziya verməyib. Nazirliyin sözçüsü İrena Valentova deyib ki, Dana-M1 haubitsasının və RM-70 raket qurğusunun Azərbaycana necə çatdırılmağınazirliyə məlum deyil.

“Hospodarske Noviny” qalmaqal yaradan silahları istehsal edənlərdən də soruşub ki, silahlar Azərbaycana necə verilib? Dana-M1 haubitsasının ticarət nişanının məxsus olduğu “Çexoslovak Grup” adlı holdinqin sözçüsü Andrej Çirtek deyib ki, satış qanuna əsasən yerinə yetirilir, konkret hallarla bağlı isə kommersiya sirrini,tərəfdaşlarla müqavilələrin konfidensiallığını qorumaq üçün şərh verilmir.

EMBARQO MƏCBURİ DEYİL?

Qəzet sonda yazır ki, Dağlıq Qarabağ münaqişəsinə görə, ATƏT və Avropa Birliyi öz üzvlərinə tövsiyyə edib ki, Azərbaycan və Ermənistana silah satmasın. Bu tövsiyyədir, məcburi embarqo deyil. Məcburi embarqo olmasa da, Avropa Birliyinin əksər ölkələri, o cümlədən Çexiyabu qeyri-məcburi embarqoya əməl edir.

Ancaq silah embarqosuna heç də hamı əməl etmir. Azərbaycan son illər neft pulları hesabına öz ordusunu müasirləşdirib, silahı ona Rusiya, və ola bilsin ki,ABŞ və ya Kanada satıb. Azərbaycanın vacib hərbitərəfdaşı həm də İsraildir. İsrail Azərbaycana pilotsuz təyyarələr satır.

Moskva isə silahı həm Azərbaycana, həm dəErmənistana verir.

Çex silahı Azərbaycana necə gedib çıxıb? Hələlik Azərbaycanın müdafiə nazirliyindən bu suala cavab almaq mümkun olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG