Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:27

Britaniya kəşfiyyatının rəhbəri: Putinin qərarlar qəbul etməsi qüsurludur


Ceremi Fleminq
Ceremi Fleminq

Ceremi Fleminqin fikirncə “məhkumların və təcrübəsiz kişilərin” səfərbərliyə alınması “vəziyyətin çıxılmazlığından” xəbər verir

Britaniyanın əsas kəşfiyyat orqanı olan Hökumət Kommunikasiyaları Baş Qərargahının (GCHQ) başçısı Ceremi Fleminq deyib ki, Rusiyanın Ukrayna müharibəsində nüvə silahından istifadə edəcəyini göstərən əlamətlər yoxdur.

BBC-nin Radio 4 radiostansiyasına müsahibəsində lord Fleminq deyib ki, nüvə silahları barədə hətta danışmaq belə təhlükəlidir.

O bildirib ki, Vladimir Putinin Ukraynada apardığı müharibədəki davranışı “bizim xoşumuza gəlsə də, gəlməsə də” hələki Rusiyanın mövcud hərbi doktrinasından kənara çıxmayıb:

"Mən əminəm ki, Putin eskalasiyanın təhlükələrindən narahatdır. O bu barədə tamam fərqli düşünür. Amma bu həm də onun əlamətidir ki, o müharibə aparmağın başqa formalarına hələ çatmayıb”.

Oktyabrın 11-də Royal United Services Institute anatlik mərkəzində etdiyi çıxışında əvvəlcədən yazılmış mətnə görə Ceremi Fleminq Ukraynanın müharibədə qüvvələr balansını dəyişməsindən danışıb.

O qeyd edib ki, Vladimir Putinin qərarlar qəbul etməsi “qüsurlu” olub:

"Biz bilirik və yerlərdəki Rusiya komandanları da bilirlər ki, onların sursat təchizatı tükənir”.

Vəziyyət çarəsizdir

Fleminqin fikirncə “məhkumların və təcrübəsiz kişilərin” səfərbərliyə alınması “vəziyyətin çıxılmazlığından” xəbər verir.

Radio 4-ün Today proqramında Rusiya hərbiyyəsinin vəziyyətindən danışan Fleminq deyib ki, “ordunun ciddi sursat çatışmazlığı” var:

"Mən vəziyyəti çarəsizlik sözü ilə ifadə edərdim. Biz Rusiya cəmiyyətinin və Rusiya hərbi maşının daxilində müxtəlif səviyyələrdə çarəsizlik görürük”.

Lukaşenko: 'Nüvə zərbəsi də daxil, bizə qarşı yeni variantlar nəzərdən keçirilir'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Lakin onun fikrincə Rusiyanın Ukrayna boyunca raket zərbələri onun hələ də dağıntılar yaratmağa, ziyan vurmağa qabil olduğunu göstərir.

O əlavə edib:

“Rusiyanın hərbi maşını silahlardan istifadə edə bilər. Onun böyük anbarları və təcrübəsi var. Amma onun qüvvələri Ukrayna boyunca çox geniş məsafədə səpələnib”.

Britaniya kəşfiyyatının rəhbəri deyib ki, bu müharibə Rusiyaya istər canlı qüvvə, istərsə də texnika baxımından çox baha başa gəlir.

Rusiyada adamlar anlamağa başlayıblar ki...

Onun fikrincə Ukrayna müharibəsinin gedişində dəyişiklik yaranıb və Putinin müdaxilənin əvvəllərində əldə etdikləri itirilib:

"Daxildə heç bir sorğu-sualla üzləşməyən Putinin qərarlar qəbul etməsi qüsurludur. Bu çox yüksək strateji qərarlarda stareji səhvlərə yol açır”.

Lord Fleminq bunu da deyib ki, Rusiyada adamlar Putinin “müharibə seçiminin” yaratdığı problemləri anlamağa başlayıblar:

"Onlar Putinin sirtuasiyanı necə düzgün qiymətləndirə bilməməsini görürlər. Onlar səfərbərlikdən qaçırlar, görürlər ki, daha səyahətə çıxa bilmirlər. Onlar bilirlər ki, müasir texnologiyalara və xarici təsirlərə çıxışları dramatik şəkildə məhdudlaşır”.

Mart ayında etdiyi çıxışda Ceremi Fleminq demişdi ki, kəşfiyyat Ukraynadakı bəzi Rusiya hərbçilərinin əmrlərə itaət etməməsini, öz döyüş texnikalarını qəsdən sıradan çıxarmasını göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG