Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Xəzər üfüqündə bombalar. Sahilyanı ölkələr etiraz etməlidirlərmi?


Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriyadakı hədəflərə qanadlı raketlər buraxırlar. 2015
Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriyadakı hədəflərə qanadlı raketlər buraxırlar. 2015

Oktyabrın 11-də Rusiya Ukraynaya çoxsaylı raket zərbələri endirib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, həmin raketlərin bəziləri Xəzər regionundan strateji bombardmançılardan buraxılıb.

2018-ci ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya imzalanıb. Konvensiyanın 2-ci bəndinə görə, "tərəflərin Xəzərdəki fəaliyyəti dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi,… prinsipi əsasında həyata keçirilməlidir".

Bəs, belə olan halda Xəzəryanı ölkələr (o cümlədən, Azərbaycan) bu dənizdən hərbi məqsədlərlə istifadə olunmasına etiraz etməlidirlərmi?

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Hər iki tərəf bunu fərqli izah edir"

Azərbaycan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, hüquqi baxımından hər bir Xəzəryanı ölkə öz sektoral ərazilərindən öz məqsədləri üçün istifadə edə bilər: "Rusiya-Ukrayna məsələsində isə hər iki tərəf bunu fərqli izah edir. Ukrayna tərəfi bunu bir prizmadan təqdim edir, Rusiya tərəfi isə başqa prizmadan. Rusiya tərəfi bunu təhlükəsizlik tədbirləri kimi təqdim edir və qeyd edir ki, bu, Krım körpüsündə törədilmiş partlayışa görə cavab tədbirlərdir".

Deputatın fikrincə, əgər dövlətin hansısa sularda donanması varsa və hesab edəndə ki, onun təhlükəsizliyinə təhdidlər mövcuddur, o həmin donanmadan istifadə edə bilər: "Bu mənada bütün Xəzəryanı ölkələr bərabər hüquqlara malikdirlər".

Amma onun sözlərinə görə, arzuolunandır ki, Xəzər yalnız sülh, əməkdaşlıq dənizi olsun: "Zatən yanaşma da ondan ibarətdir ki, Xəzəryanı dövlətlər arasında bir sıra əməkdaşlıq platformaları yaradılıb".

E.Şahinoğlu
E.Şahinoğlu

"Əvvəllər Xəzərdəki donanmasından Suriyaya zərbələr endirirdi"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı kobud şəkildə pozur: "Əvvəllər Xəzərdəki donanmasından Suriyaya zərbələr endirirdi. Suriyada, sözdə də olsa, terrorçulara qarşı mübarizə aparılırdı, bunu haradasa anlamaq olardı. Amma indi artıq Rusiya Xəzəryanı ölkələrin tərəfdaşı olan Ukraynaya zərbələri endirir. Bu müharibədə Rusiya və İran istisna, digər Xəzəryanı ölkələr bilir ki, bu işğalçı müharibədə Rusiya haqsızdır".

"Risk etməzlər"

Politoloq hesab edir ki, sözügedən Konvensiyanın pozulması ilə bağlı məsələnin qaldırılması aktualdır: "Düzdür, ayrılıqda Azərbaycan, Qazaxıstan, Türkmənistan məsələni qaldırıb etiraz etməyə risk etməzlər. Çünki bu, problem yarada və Rusiya təzyiq edə bilər. Amma bu üç ölkə arasında müəyyən məsləhətləşmələr ola bilər ki, bu zərbələr Konvensiyaya ziddir. Bu zərbələr nəticəsində Ukraynada mülki əhali həlak olur".

Rusiya «İslam Dövləti" yaraqlılarını Xəzərdən vurub
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Onun sözlərinə görə, Rusiya Xəzərdəki donanmasını gücləndirməyə başlayıb: "Bu da müəyyən qədər təhlükə yaradır. Yəni, əgər sən Xəzəryanı dövlətlərini özünə dost dövlətlər sayırsansa və Xəzər qapalı su hövzəsidirsə, burada donanmanı niyə gücləndirirsən? Deməli, məqsədi bu imiş ki, Xəzərdəki donanmanı gücləndirməklə Konvensiyanı pozsun və istənilən dövləti Xəzərdən hədəf alsın".

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən və Azərbaycandakı Rusiya səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları genişlənib. (2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksiyalarla üzləşmişdi) Rusiyanın bir çox bankları SWIFT sistemindən çıxarılıb.

Bu müharibədə on minlərcə insanın həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG