Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:52

Cəmil Həsənli: 'Mehmanın 'korrupsiya seriyaları' çoxlarının rahatlığını pozmuşdu'


Cəmil Həsənli, Bakı, 10 oktyabr 2013
Cəmil Həsənli, Bakı, 10 oktyabr 2013

“Ölkəmizdə hər şey “Asan” olub. Bu da “asan məhkəmə”. Başlanması ilə başa çatması bir oldu. Bloqqer Mehman Hüseynov məhkəmə zalında həbs edildi. Belə ildırım sürətli həbs ancaq “asan məhkəmədə” ola bilər”.

Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli bloqqer M.Hüseynovun həbsinə belə münasibət bildirib.

O, bloqqerin həbsinin təsadüfi olmadığını vurğulayıb:

“ Doğrusu, ölkəmizdə adamı təəccübləndirəcək daha bir şey qalmayıb. Hakimiyyət Mehmanı çoxdan gözaltı etmişdi. Onun “korrupsiya seriyaları” çoxlarının rahatlığını pozmuşdu. Bu seriyada göstəriləcək hələ çox yüksək vəzifəli məmur qalmışdı”.

Bu il yanvarın 9-da naməlum şəxslər M. Hüseynovu oğurlamışdı. Yalnız yanvarın 10-da Nəsimi rayon məhkəməsinə çıxaırlakən onun Nəsimi rayon 22 saylı Polis Bölməsində saxlandığı məlum olub. Məhkəmə M.Hüseynovu 200 manat cərimə edərək sərbəst buraxıb.

Mehman Hüseynov, 24 fevral 2017
Mehman Hüseynov, 24 fevral 2017

Jurnalistlər önünə çıxan M.Hüseynov saxlandığı müddətdə işgəncələrə məruz qalması haqda açıqlama verib. Vəkil E.Sadıqov işgəncə faktları ilə bağlı sübutları Baş Prokurorluğu təqdim edib. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Hüseynov barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb.

Suraxanı rayon məhkəməsi M.Hüseynovu martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqqer hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG