Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:26

Cəbhəçi-məhbus Məmməd İbrahimin atası rəhmətə gedib


Məmməd İbrahim
Məmməd İbrahim

Həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimin atası sentyabrın 3-ü axşam saatlarında vəfat edib.

Bu barədə AzadlıqRadiosu-na məlumat verən vəkil Fariz Namazlının sözlərinə görə, məhkumun atasının yas mərasimində iştirakı üçün rəsmi prosedura başlayıblar: «Bu gün bazar günüdür. Məmməd İbrahimin ailəsi onunla görüşüb hadisəni ona xəbər verib. Biz onun cəza çəkdiyi müəssisənin rəhbərliyinə ərizə də təqdim etdik ki, Məmməd İbrahimin yas mərasimində iştirakına imkan yaradılsın».

Buna da bax: Yeni «siyasi məhbus» siyahısı açıqlanıb

Vəkilin sözlərinə görə, həbsxana rəhbərliyi Penitensiar Xidmətə müraciət edilməsini məsləhət bilib: «Penitensiar Xidmətdən növbətçi ilə danışdım. Telefon nömrəsi verdilər ki, həftənin 1-ci günü əlaqə saxlayaq».

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub.

Fariz Namazlı sentyabrın 5-də bu məsələ ilə bağlı hüquqi prosedura davam edəcəklərini deyir: «Əgər Məmməd İbrahimə yas mərasiminə qatılmaq üçün imkan yaratmaq istəsələr, dərhal qərar verə bilərlər».

Vəkil dedi ki, Məmməd İbrahimin atası dəfn edilmək üçün Yevlax rayonuna aparılıb.

Müvafiq qanunvericilik məhbuslara yaxın ailə üzvləri vəfat etdikdə onların yas mərasiminə qatılmasına şərait yaradır.

Buna da bax: «Məmməd İbrahimlə bağlı sübutlar saxtalaşdırılıb»

Yerli və beynəlxalq hüquq təşkilatlarının siyasi məhbus kimi tanıdığı Emin Milliyə, Tofiq Yaqubluya, Mirzə Sakitə və Rauf Mirqədirova yaxınlarının yas mərasiminə qatılmalarına icazə verilmişdi.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG