Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Cəbhəçi şüar qaldırdı və saxlandı


AXCP üzvü Füzuli Hüseynov 28 May metrosu qarşısında tək etiraz aksiyası keçirib. 24may2017
AXCP üzvü Füzuli Hüseynov 28 May metrosu qarşısında tək etiraz aksiyası keçirib. 24may2017

Bu gün, mayın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov Bakının mərkəzi hissəsində təkbaşına etirazını bildirib.

“Bütün siyasi mәhbuslara azadlıq” yazılı şüar qaldıran F. Hüseynov metronun “28 may” stansiyasının yaxınlığında etirazını səssiz ifadə edib. Bu, ətrafdakıların marağına səbəb olub.

Cəbhəçiyə bir neçə dəqiqə heç kim maneçilik törətməyib. Ancaq az keçməmiş ərazidə xidmət çəkən polis əməkdaşları gəliblər. Onlar AXCP üzvünü saxlayıblar.

Buna da bax:​ AXCP fəalı saxlandı

Etirazçı cəbhəçi post-patrul maşınına mindirilərək naməlum istiqamətə aparılıb.

Ancaq, F.Hüseynovun harada olması bir müddət sonra açıqlanıb. AXCP üzvləri onun Nəsimi rayon polis idarəsinə aparıldığını eşidiblər.

Hazırda həbsdə olan cəbhəçi Fuad Əhmədlinin atası Zəfər Əhmədli bu haqda bilgi yayıb.

Onun deməsinə görə, polis idarəsində öyrəniblər ki, F.Hüseynovun idarədə ifadəsi alınır.

Buna da bax:​ Əli Kərimli:“ Haqq nazilər, ancaq üzülməz”

F.Hüseynov, hələ də, buraxılmayıb.

Hüquq müdafiəçisi Oktay Güləliyev isə F.Hüseynovun sərbəst buraxılmayacağını işarə edib.

O, əldə etdiyi məlumatlara əsaslanaraq deyib ki, cəbhəçinin həbs edilmə təhlükəsi var.

“O, hazırda Nəsimi rayon polis idarəsindədir. Ona hansısa uydurma cinayət işi açılacağı gözlənilir”, deyən hüquq müdafiəçisi cəbhəçinin heç bir cinayət əməlinə yol vermədiyini vurğulayıb.

Buna da bax:​ Vəkil: 'Dələduzluqda ittiham olunan, axtarışda olanın həyəcan keçirməsi...'

AXCP üzvünün saxlanmasına partiyanın sədri Əli Kərimli də reaksiya verib. O, açıqlamasında hakimiyyətin zəiflədiyini bildirib.

“Hakimiyyət o qədər zəifdir ki, tək bir vətəndaşın etirazından da qorxuya düşür. Bir nəfərin səssiz etirazına dözməyiblər. Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək”, - AXCP sədri yazıb.

Ancaq məsələyə, hələlik, Nəsimi rayon Polis İdarəsi və Daxili İşlər nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG