Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 11:33

Əli Kərimli:“ Haqq nazilər, ancaq üzülməz”


Mehman Qələndərovun məzarı

Ə. Kərimli:“ Haqq nazilər, ancaq üzülməz”

Mayın 6-sı hüquq müdafiəçiləri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü və ictimai fəallar mərhum bloqqer Mehman Qələndərovun məzarıını yad ediblər.

AXCP sədri Əli Kərimli bloqqerin məzarı başında çıxış edərək, cəmiyyətin onun ölümünün üstünün ört-basdır etməsinə imkan vermədiyini deyib.

Əli Kərimli vurğulayıb ki, haqq nazilər ancaq üzülməz:

“Hakimiyyət istəyirdi ki, bu ölümdən heç kim xəbər tutmasın, amma cəmiyyət fəalları bu planı pozdular. Daha bir plan M. Qələndərlinin unutdurulması idi. Cəmiyyət buna da imkan vermədi və bura kütləvi ziyarətimiz bu planın pozulmasıdır ”.

Ə. Kərimli deyib ki, artıq, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən bu ölümün ədalətli araşdırılmasını istəyirsə, demək bu iş ölkə sərhədlərini adlayıb.

Xatırlatma

Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, hazırlama və satma) ittiham olunub.

Həbs günü M.Qələndərov “Facebook” səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdığı bildirilən Qiyas İbrahimli nəzərdə tutulur. 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

Bu il aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında O, müəmmalı şəkildə vəfat edib.

Bəzi ictimai fəallar onun basqı nəticəsində, işgəncələrdən sonra öldüyünü güman edirlər.

Amma, bu məsələ ilə bağlı Ədliyyə nazirliyinin Baş prokurorluqla birgə yaydığı bəyanatda olay intihar halı kimi dəyərləndirilib.

“Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib”. - deyə açıqlamada qeyd edilib.

Rəsmi açıqlamada vurğulanırdı ki, M.Qələndərova təzyiq göstərilməsi və ya işgəncələr verilməsimüəyyən edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG