Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 04:02

Həmsədrlər Bakıda olanda cəbhədə Azərbaycan əsgəri həlak olub


Cəbhə xəttində əsgər həlak olub, 6 aprel 2016

Cəbhə xəttində əsgər həlak olub, 6 aprel 2016

Martın 11-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Həsənəli Abbasov cəbhə bölgəsində həlak olub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması nəticəsində baş verib.

Cəbhə bölgəsində əsgər ölümü ilə baş verən insident ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana rəsmi səfəri ilə eyni vaxta təsadüf edib.

ATƏT-in Minsk qrupu həmsədrləri martın 11-da Bakıda keçirdikləri mətbuat konfransında bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədəqayıtmaq lazımdır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG