Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Sizdən istifadə etməyə çalışan casusu necə tanımalı


KQB
KQB

Latviya təhlükəsizlik polisi ilk dəfə «verbovka» (əməkdaşlığa cəlb etmə) və casuslarla mübarizəyə dair təlimat dərc edib. Sənəd bələdiyyə və dövlət məmurları üçün nəzərdə tutulub. Təlimatda xarici xüsusi xidmətlərin maraqlana biləcəyi məlumatların növləri, «verbovka»nın əlamətlərini tanımağın və şəxsin xarici hökumətə işlədiyini anlamağın yolları haqda məlumat verilir.

KİM QORXMALIDIR

«Dövlət məmurları və yerli məmurlar ən dəyərli informasiya mənbələrindən biridir», – deyə təlimatda qeyd edilir.

Casuslar təkcə dövlət sirləri ilə yox, həm də dövlət orqanlarının işi haqda adi gündəlik məlumatla maraqlana bilərlər. Ona görə də tutduğu vəzifədən asılı olmayaraq, bütün dövlət qulluqçuları «verbovka» təhlükəsi ilə üz-üzədirlər.

***Buna da bax-Mədət Quliyev: 'Onlar bir günün, beş günün casusları deyil'

Casuslar məhz hansı məlumatı əldə etməyə çalışa bilərlər:

— Xidməti istifadə üçün nəzərdə tutulmuş məlumat;

— Başqa dövlət orqanları, xarici təşkilatlar, kontraktorlar və qeyri-kommersiya qurumları ilə iş haqda bilgilər;

— Qanunlar, layihələr, islahat planları, daxili planlaşdırma sənədləri və s. bu kimi sənədlərin qaralamaları;

— Şəxsi məlumatlar, peşəkar hazırlıq, texniki təchizat;

— Təşkilat daxilində təhlükəsizlik tədbirləri;

— Kompromat kimi istifadə oluna biləcək hər hansı məlumat - daxili münaqişələr, xarakterin mənfi xüsusiyyətləri, işdən narazılıq.

İsrail kəşfiyyatı yeni ideyalar axtarır - casus texnologiyasına
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

CASUSLA HARADA QARŞILAŞMAQ OLAR

Latviya təhlükəsizlik polisi hesab edir ki, xarici kəşfiyyat idarələrinin mütəxəssisləri özlərini diplomat, dövlət və bələdiyyə idarələrinin əməkdaşı, hüquq-mühafizə orqanlarının işçisi, sahibkar, jurnalist və s. kimi qələmə verə bilərlər.

Casuslar beynəlxalq tədbirlərdən, məsələn, konfrans və seminarlardan yararlanaraq, qeyri-rəsmi görüşlər vasitəsilə, başqa ölkələrdə yaşayan qohumlar, dostlar və tanışların köməyi ilə əlaqələr qururlar.

***Buna da bax-'Hətta rayon mərkəzinə qədər gəlib çıxan ermənilər olub' [video]

Ayrıca bir maddədə xəbərdarlıq edilir ki, xarici dövlət əməkdaşlığa cəlb etməyə çalışdığı şəxsi hər hansı qanun pozuntusunda, məsələn, sənədləri düzgün doldurmamaqda, yaxud da qapalı əraziyə daxil olmaqda ittiham edə bilər. Sənəddə deyilir ki, belə durumlar təxribat ola bilər.

ŞÜBHƏLİ DAVRANIŞ

Təlimatda qeyd edilir ki, heç də bütün söhbətlər əməkdaşlığa cəlb etməyə yönəlməyib. Casus sadəcə ona gərəkli vacib məlumatı əldə etməyə çalışa bilər.

Təhlükəsizlik polisi əməkdaşlığa cəlb etmənin əlamətlərini də sadalayır:

— yaxın ünsiyyət, qeyri-rəsmi söhbətə keçməyə cəhd etmə;

— sosial şəbəkələrdə dost siyahısına əlavə etmə;

— siyasi mövzularda, dəyərlər, peşə bacarıqları və başqa şəxsi məsələlər haqda söhbətlər zamanı reaksiya doğurmaq cəhdləri;

— iş vəzifələri və xidmət yeri haqda söhbətlər.

Təlimatda daha sonra deyilir ki, xüsusi xidmət orqanlarının agentləri qeyri-rəsmi mühitdə görüşməyi təklif edə və hər hansı xahişlərinin yerinə yetirilməsi əvəzində kömək vəd edə bilərlər.

Vətəndaşın casus tərəfindən əməkdaşlığa cəlb edildiyi hallarda Latviya təhlükəsizlik polisi ünsiyyətdən yayınmağı və hüquq-mühafizə orqanlarına üz tutmağı məsləhət görür.

Təlimatda vurğulanır ki, kritik vəziyyətlərdə, məsələn, həbs təhlükəsi ilə üzləşdikdə və ya ailə üzvlərinə təzyiq göstərildikdə, əməkdaşlığa cəlb edilmiş şəxs xarici kəşfiyyatla əməkdaşlığa razılıq verə bilər. Ancaq həm də qeyd edilir ki, həmin şəxs bunu yalnız təhlükəsizlik polisinin nəzarəti altında edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG