Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:39

Mədət Quliyev: 'Onlar bir günün, beş günün casusları deyil'


M.Quliyev
M.Quliyev

«Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir. Şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var».

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda bir qrup şəxsin casusluq etməsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.

APA-nın xəbərinə görə, M.Quliyev xatırladıb ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verib.

«Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır», - deyən M.Quliyev vurğulayıb ki, kənardan Azərbaycana hər cür təhdidlər var.

***Buna da bax-'Hətta rayon mərkəzinə qədər gəlib çıxan ermənilər olub' [video]

«Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək», - o, əlavə edib.

Bakı sakinlərinin Azərbaycan ordusunda casusluq iddialarına reaksiyası
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

XATIRLATMA

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən həftə birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG