Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 13:38

'Hətta rayon mərkəzinə qədər gəlib çıxan ermənilər olub' [video]


'Ermənistana casusluq' ittihamı nə dərəcədə inandırıcıdır?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

'Ermənistana casusluq' ittihamı nə dərəcədə inandırıcıdır? [A-Live]

Ermənistana casusluqda şübhəli bilinib, saxlananlarla bağlı məlumat cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər dövlət qurumlarının ittihamlarına inanırlar, düşünürlər ki, bu barədə aylardır söz-söhbət yayılsa da, hökumət ölçü götürmürdü. Başqa bir ekspertsə hesab edir ki, həmin şəxslər şübhəli şəxs qismində saxlanıb. Məhkəmə sübut etməyənədək, həbs olunanları vətən xaini adlandırmaq olmaz.

Amma həm yerli, həm də xarici ekspertlər bu olayı şərh etməyə hələ ki tələsmirlər.

Buna da bax:​ Ermənistana casusluqda suçlanan bir qrup tutulu

İlham İsmayıl
İlham İsmayıl

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, onda olan məlumata görə, 42 nəfər həbs edilib.

“Ən dəhşətlisi odur ki, bununla bağlı aylarla-illərlə öncə hətta xəbərlər də getmişdi. Amma diqqət yetirilmirdi. Yerli əhalinin verdiyi məlumata görə, hətta rayon mərkəzinə qədər gəlib çıxan ermənilər olub. Onları kim keçirdə bilər? Cəbhə xəttinə nəzarət eləyən hərbi zabit. Bizim hərbi paltarı geyindirib ona rayonun mərkəzinə qədər gətirib çıxarıblar”.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbçi və mülki vətəndaşın casusluq etməsi və terror törətməyə hazırlaşması haqda birgə rəsmi bəyanat yayıblar.

Buna da bax:​ 'Tezliklə biləcəyik, bu çirkin olayın təşkilatçısı kimdir'

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Müdafiə Nazirliyinin keçmiş zabiti, hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, tezliklə bu olayın təşkilatçısı kimliyi bilinəcək. Amma hələ ki, məhkəmə hökmü çıxarılmadan, kimsəni vətən xaini adlandırmaq olmaz.

Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycan ordusunda bir qrup zabitin qarşı tərəfə casusluq etməsi barədə yayılan rəsmi xəbərlər sizə nə qədər inandırıcı görünür?

Bakı sakinlərinin Azərbaycan ordusunda casusluq iddialarına reaksiyası
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosu-na saxlanan qrupun “təhlükəli” olduğunu bildirir.

Zahid Oruc
Zahid Oruc

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun fikrincə, bu cür polemikalar indiki halda ordunun əleyhinə yönələ bilər:

"Ötən ilin aprelində baş verənlərdən sonra “Ermənistan cəmiyyətindəki mənəvi-psixoloji durum”un təsiri altında ölkə rəhbərliyi Azərbaycan əleyhinə “belə bir təxribat planı” hazırlayıb".

Buna da bax:​ 'Ola bilsin, tilova daha böyük balığı salmağa hazırlıq gedir'

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərənli öz Facebook hesabında yazır ki, hakimiyyət daxilində hansısa proseslər gedir və bütün bu baş verənlər onun nəticəsidir.

Cəsur Sümərənli
Cəsur Sümərənli

“Azərbaycan Silahli Qüvvələrinin hazırkı vəziyyətində “erməniyə işləmək” ittihamı elə də ciddi görünmür. Çünki Azərbaycan və Rusiya silahlı qüvvələrinin rəhbərliyi arasında Azərbaycan xalqından gizli saxlanılan əməkdaşlıq, informasiya mübadiləsi var. Buraya orduda silahlanma, taktiki-strateji fəaliyyət, maddi-texniki təminat və s. haqda müzakirələr daxildir. Rusiya da yəqin ki, bu məlumatları erməni tərəfinə ötürür. Çünki Ermənistan Rusiyanın strateji müttəfiqidir”.

Buna da bax:​ Dağlıq Qarabağın azərbaycanlı icması: “Münaqişənin həlli yalnız...”

Bəs, bu olaylarda Rusiyanın əli ola bilərmi? Rusiyadan olan hərbi ekspert Aleksandr Golts AzadlıqRadiosu-na deyir ki, bu haqda danışmağın yeri yoxdur, çünki, onun fikrincə, Rusiyanın bu məsələdə əli ola bilməz.

Alexander Golts
Alexander Golts

AzadlıqRadiosu Ermənistandan olan bir neçə ekspertlərlə əlaqə saxlayıb. Amma onlar kifayət qədər məlumat olmadığından olaya şərh vermək istəməyiblər.

Rəsmi bəyanatda ümumi şəkildə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı “genişmiqyaslı təxribat” planlaşdırıblar. Bir qrup hərbi qulluqçular və digər mülki şəxslər kəşfiyyatçılarla məxfi əməkdaşlığa cəlb edilərək hərbi sirr təşkil edən məlumatları qarşı tərəfə ötürüblər.

Buna da bax: MN: ‘Ermənistanın təxribatı ifşa olunub’

Həbs olunanların adları açıqlanmır. Onların özlərinin, yaxud vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG