Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:06

Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi tutulub.

Bu barədə Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə bəyanatında bildirilir.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.

Bu məqsədilə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.

Bu il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ( dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, müdafiə , daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq aparılır.

“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, - bəyanatda bildirilir

Hazırda cinayət işi üzrəzəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ermənistana xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan hərbçi və mülkü şəxslərin bu ittihamı necə qarşıladıqları, hələlik, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG