Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:46

Ordu ilə bağlı iki fərqli yozum


Cəsuur Sümərinli və Üzeyir Cəfərov

Cəsur Sümərinli: “Orduda ciddi qapalılıq var, bu bir senzuradır ”

Üzeyir Cəfərov: “Son illər xeyli işlər görülüb, görülür və görülməlidir”

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günüdür.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli və istefada olan zabit Üzeyir Cəfərov Azərbaycanda ordu quruculuğunu dəyərləndiriblər.

- Son 10 ildə Azərbaycan ordusuna daha çox büdcə ayrılması müzakirə olunur. Ayrılan vəsait baxımdan ordu quruculuğu yönündə görülən işləri yetərli saymaq olarmı?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli:

-2007-ci ildən başlayaraq hərbiyə ayrılan xərclər kəskin şəkildə artırıldı.2015-ci ilin sonuna qədər artım tempi saxlandı. Əvvəlcə, hakimiyyət hərbi qulluqçuların məvaciblərini qaldırdı. Məsələn, əvvəllər leytenant rütbəli zabit təxminən 70-90 manat məvacib alırdısa, sonrakı 2-3 il ərzində bu göstərici 400-600 manata çatdırıldı. Sözsüz ki, hərbçilərin sosial durumunu xeyli dərəcədə yaxşılaşdırıldı. Daha sonra hakimiyyət müəyyən tələblərə cavab verən zabitlərə mənzillərin verilməsinə başladı. Az da olsa bəzi zabitlər evlə təmin olundular. Amma təxminən 2013-cü ildən etibarən hakimiyyət orduda sosial durumun yüksəldilməsinə yönəlik siyasəti dayandırdı. Əvəzində Rusiya və İsraildən həcmi milyard dollarlarla ölçülən silah-hərbi texnika almağa başladı. Daha sonra manat dəyərdən düşdü və eyni zamanda hərbiyə ayrılan xərclər azaldılmağa başladı. Beləliklə 2015-ci ildən bu yana Azərbaycan Silahlı Qüvvələrində ciddi sosial təminat və eyni zamanda ümumilikdə quruculuq problemi yaşanır. Əsgər ölümlərinin sayı artmaqda davam edir, orduda ciddi qapalılıq var, bu bir senzuradır. Bu gun Silahlı Qüvvələrdə insan faktoruna xidmət edən addımları faktiki müşahidə etmirik. NATO standartlarına uyğun olan islahatların bir çoxu ləğv edilib, sənədlərin, hərbi qanunvericiliyin, nizamnamələrin yenilənməsi prosesi demək olar ki dayandırılıb...

Cəsur Sümərinli
Cəsur Sümərinli

Buna da bax:"Avropa Məhkəməsindən əsgər ölümünə görə Azərbaycana qarşı qərar"

İstefada olan hərbçi jurnalist Üzeyir Cəfərov:

-Mən 10 ildən çoxdur ordudan ayrılsam da Silahlı Qüvvələrdə gedən prosesləri daimi şəkildə izləyirəm. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi barədə konkret heç nə deyə bilmərəm, amma son vaxtlar mətbuatda ciddi narahatlıq və narazılıq görmürəm. Ən azından hərbi hissələr və birləşmələr üçün alınan lazımı avadanlıqlarla bağlı məlumatlar alırıq. İyunun 24-də Rusiya Federasiyasından hərbitexnikasının daha bir partiyasının gətirilməsi haqda məlumat aldıq. Bundan əvvəl də Türkiyədən, İsraildən. Pakistandan, Çindən vəbaşqa ölkələrdən avadanlıqlar almışıq. Hətta bu yaxınlarda İtaliya istehsalı olan döyüş təyyarəsinin dəAzərbaycan ordusuna daxil olması haqda məlumatlar aldıq.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

- 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra itkilər barədə monitorinqlər aparırsınız, hansı ildə itkilər daha çox olub?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli:

-Silahlı Qüvvələrdə itkilərin monitorinqinə 2003-cü ilin əvvəllərindən başladıq. İndiyə qədər ən çox itkilər 2016-cı ildə baş verib və sayı 150 nəfərdən çoxdur. Onun da əksəriyyətini döyüş itkiləri təşkil edir. Ümumilikdə Səfər Əbiyev dövründə itkilər statistikasında daha çox qeyri-döyüş itkiləri, intiharlar yer tuturdu. Zakir Həsənov dövründə isə cəbhə xəttində itkilərin sayı bir neçə dəfə artıb. Maraqlıdır ki, 2003-cu ildən bu yana, yəni ki, statistika apardığımız 14 ildə heç bir zaman əsgər ölümlərinin rəsmi statistikası açıqlanmayıb və bu göstərici həmişə gizlədilib.

İstefada olan hərbçi jurnalist Üzeyir Cəfərov:

-Doğrusu, vaxtilə mən də bu istiqamətdə tənqidlər səsləndirənlərdən olmuşam. Həlak olanlar hansısa bir millətin yox, Azərbaycan övladlarıdır. İtki hər birimizi ağrıdır. 1994-cü ilin mayın 12-də imzalanan sazişdən sonra hər iki tərəfdın itkilər olub. Azərbaycan Silahlı Qüvvələrinin hər əsgərinin və zabitinin ölümü bizim doğmamışızın həyatını itirməsi deməkdir. Monitorinqin hansı formada aparılması barədə danışmaqda bir qədər çətinlik çəkirəm. Çünki bu işlə məşğul olmamışam, bəzi QHT-lərin isə bu istiqmaətdə bəzi araşdırmalar apardıqlarını bilirəm. Əlbəttə, müxtəlif səbəblər var, mülki həyatda üzləşdiyimiz itkiləri orduda da görmək mümkündür, intihar, nizamnamədən kənar münasibətlər və digərləri. Bunların olmaması daha yaxşı olardı. Çalışmaq lazımdır ki, zabitlərimizin və əsgərlərimizin həyatı qorunsun, ən azı onların hər biri doğmamızıdır.

-90-cı illərdə müstəqillik qazanan postsovet dövlətlərinin ordularını müqayisə etdikdə hansının NATO standartlarına yaxınlaşdığını demək olar?

Foto arxiv
Foto arxiv

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli:

-Sözsüz ki, Baltikyanı ölkələr ilk yerdədirlər. Latviya, Litva və Estoniya artıq NATO uzvüdürlər. Daha sonra isə Gürcüstanı misal çəkə bilərəm. Bu ölkö ordu quruculuğunda ciddi probləmlərlə rastlaşır, maliyyə imkanları məhduddur, Rusiyanın işğalı davam edir. Amma buna baxmayaraq islahatlar konsepsiyasını həyata keçirməkdə israrlıdır və cəmiyyət qarşısında həmişə hesabatlı olduğunu göstərir.

İstefada olan hərbçi jurnalist Üzeyir Cəfərov:

-Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri çox rahat şəkildə il ərzində NATO-nun 200-dən çox tədbirlərində iştirak edirlər. Əvvəlki illərdə hərbçilərimiz daha çox müşahidəçi qismində, nəzəri seminarlara qatılırdılar. Bu gün isə zabitlərimiz və əsgərlərimiz NATO-nun tədbirlərinin aktiv iştirakçıları, hətta moderatorları kimi çıxış edirlər. Ona görə Azərbaycan ordusunun NATO standartlarına yaxın olub-olmamasını hərbi alyansın mütəxəssisləribilərlər. Onlar bu əməkdaşlıqdan razı olduqlarını qeyd edirlər. Azərbaycan da dövlətçilik maraqları çərçivəsində bu prosesdən faydalanır. Zabitlərimiz bu gün NATO-nun mənzil-qərargahında təmsil olunublar, əsgərlərimiz Əfqanıstanda sülhyaratma missiyasında iştirak edirlər.Şükürlər ki, indiyə qədər sülhyaratma missiyaslarında cəmi bir əsgər itirmişik, Ağayev soyadlı. Hazırda nazirlikdə beynəlxalq hərbi əməkdaşlıq idarəsinə uzun illər ölkəmizi NATO-da təmsil edən general Hüseyn Mahmudov kimi çox təcrübəli zabit rəhbərlik edir. Hüseyn Mahmudov bu idarənin işini çox peşəkar səviyyədə qurub. Bunun özü də çox böyük məsələdir. Ümumiyyətlə, NATO-la Azərbaycanın münasibəti hər iki tərəfi qane edir.

Buna da bax: "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Günün bütün mövzuları

XS
SM
MD
LG