Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:22

"Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"


arxiv
arxiv

Cəbhə bölgəsində həlak olan əsgərlərin əsasən kasıb ailələrdən olması barədə fikirlər sosial mediada yenidən gündəmə gəlib. Azərbaycan Silahlı Qüvvələrinin həlak olan əsgəri, Tovuz rayonu Yanıqlı kənd sakini Əhmədov Elvinin dəfn mərasimində əsgər atasının çəkilmiş fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əlində bayraq tutmuş, boynubükük, nimdaş geyimli atanın fotolarına sosial şəbəkə üzvləri müxtəlif reaksiyalar verirlər. Əksəriyyət həmin fotodan çıxış edərək “niyə ölənlərancaq kasıb ailələrinin övladları olur?” kimi suallar verirlər.

Ötən ilin aprelində cəbhə xəttində baş verən toqquşmalardan sonra ölənlərin böyüdüyü, yaşadığı evlər sosial şəbəkələrdə geniş müzakirəyə çevrilmişdi.

Martın 1-də Müdafiə Nazirliyi sosial mediada gedən müzakirələrlə bağlı açıqlama yaymalı olub. Nazirliyin yaydığı açıqlamada deyilir ki, bunlar hamısı “qərəzlidir“, “erməni təbliğatına xidmət edir”, orduda heç bir ayrı-seçkilik yoxdur.

Yeri gəlmişkən, Ermənistan tərəfdə də eyni problem var. Orda da sıravi vətəndaş şikayətlənir ki, niyə cəbhə xəttində kasıbların uşaqları qırılır?

Bəs ekspertlər nə deyir?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyir ki, 13 ildir hərbi sahədə apardığı statistika göstərir ki, cəbhə xəttində ölən əsgərlərin içərisində məmur, nazir övladı yoxdur.

Ekspert bildirir ki, çağırışçıların bölgüsünü aparan Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin əsgərləri yerləşdirilməsi prosesi qaranlıqdır və bu püşkatma prosesinə müdaxilə olunub-olmaması sual olaraq qalır. Cəsur Sümərinli bildirir ki, bu prosesdə şəffaflıq üçün ictimai nəzarət tətbiq olunmalıdır. Ekspert bu bölüşdürmə prosesinə müdaxilələrin olmasından şübhə edir.

Cəsur Sümərinli: "məmur, nazir övladı yoxdur"
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00
Direct-ə keçid

Hərbi ekspert Telman Əbilov bildirir ki, həqiqət odur ki, cəbhə xəttində, təmas xəttində xidmət edən hərbi qulluqçuların əksəriyyəti kasıb övladlarıdır. Ekspert deyir ki, bu həmişə belə olub, indi də belədir.

Onun sözlərinə görə Müdafiə Nazirliyi belə məsələlərə etiraz etməkdənsə, bu istiqamətdə işlər aparmasa daha yaxşı olar. Ekspert deyir ki, nazirlik bu məsələləri yoluna qoymaqda aciz olduğu üçün heç bir ayrıseçkiliyin olmaması ilə bağlı bəyanatlar verir.

Telman Əbilov: "Nazirlik belə məsələlərə etiraz etməkdənsə..."
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyir ki, əvvəllər Azərbaycan ordusunun gücünün az olması, digər çatışmazlıqlar qabardılırdısa, indi həmin problemlər aradan qaldırıldıqdan sonra bu kimi məsələlər qabardılır.

Ekspert bildirir ki, müharibə təkcə cəbhədə deyil, həm də informasiya məkanında gedir. Onun sözlərinə görə düşmən ordusu çalışır ki, Azərbaycan ordusunda ayrıseçkilik salsın, bölücülük salsın. Emin Həsənli deyir ki, sosial şəbəkələrdə yayılan bu kimi məlumatlar bəzən reallığı tam olaraq əks etdirmir. Onun fikrincə məsələyə bu cür yanaşmaq ədalətsizlikdir, ümumi işə kölgə salmaqdır.

Emin Həsənli: "bu cür yanaşma ədalətsizlikdir"
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG