Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:45
Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)

Bələdiyyə seçkiləri necə keçdi [Xronologiya]

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb.

Bir kabinədə 6 ayaq...

80 saylı İmişli-Beyləqan seçki dairəsinin 36 saylı seçki məntəqəsi ilə bağlı şikayət var. Beyləqan rayonunun Qaralılar kəndində yerləşən həmin məntəqədə seçkini izləyən müşahidəçilər AzadlıqRadiosuna bildiriblər ki, məntəqədə səsvermənin gizliliyinin pozulması, seçicilərə təsir və başqa şəxslərin əvəzindən səs vermək kimi çoxsaylı qanun pozuntularına yol verilib.

Komissiya sədrindən cavab

Həmin məntəqədən təqdim edilən fotoda səsvermə kabinəsində iki və daha çox şəxsin olduğu görünür.

Adıçəkilən seçki məntəqəsi üzrə komissiya sədri Azər Abışov isə şikayətə cavab olaraq bunları deyib:

«Yaşlı adamların görmə qabiliyyətində problem var, bəziləri isə savadsızdır. Onlar kömək olmadan səs verə bilmirlər. Əgər kömək edilməsinə icazə verməsək, onda gərək səsverməyə gələn seçicilərin bəzilərini geri qaytaraq. Səs verənlər də, namizədlər də elə kənd adamlarıdır. Burada seçicinin iradəsinə təsirdən söhbət gedə bilməz».

Müşahidəçilər: 'Bizi polis vasitəsilə məntəqədən uzaqlaşdırırlar'

24 saylı Nizami birinci seçki dairəsinin 1, 2, 3 və 4 saylı məntəqələrində müşahidəçilərin polis vasitəsilə məntəqələrdən uzaqlaşdırılmasına cəhdlər olduğu bildirilir .

Bu barədə «Turan» agentliyinə müşahidəçilər məlumat verib.

Xəbər verildiyinə görə, müşahidəçilər vətəndaşların seçkilərdə təkrarən səs verməsinin qanun pozuntusu olduğunu dediklərinə görə təzyiqlərlə üzləşiblər: «Çoxlu sayda karuselin (bir neçə şəxsin bir yox bir neçə məntəqədə səs verməsi) baş verməsinə imkan verməmişik. İndi isə bizi səs saymadan əvvəl buradan uzaqlaşdırmaq istəyirlər. Məntəqəyə polislər girib».

Məsələ ilə bağlı 24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov agentliyə bildirib ki, müşahidəçilərlə heç bir problem yoxdur: «Gəlib müşahidə edə bilərlər. Onlara bir söz deyən yoxdur. Karusel ilə bağlı deyilənlər isə yalandır».

Bu deyilənlərə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyindən isə münasibət öyrənmək mümkün olmayıb.

MSK: 30.57 faiz

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

MSK-dan bildirilib ki, həmin vaxta qədər 1520133 nəfər səs verib.

Bu da seçicilərin 30.57 faizinin səsverməyə qatıldığı anlamına gəlir.

Bələdiyyə sədrinin müşahidəçini hədələdiyi bildirilir

13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə hazırkı bələdiyyə sədri olan Mirbaba Hüseynovun müşahidəçi Asif Cəfərova təzyiq etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna A.Cəfərovun özü məlumat verib. A.Cəfərov namizədlərdən Rafiq Əliyevin müşahidəçisidir. Onun sözlərinə görə, insident 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 9 saylı seçki məntəqəsində baş verib: «Mən gördüm ki, seçki komissiyanın üzvü seçki kabinəsinə daxil olub seçicilərə nəsə izah edir, ya da öyrədir. Sonra isə Mirbaba müəllim mənə zəng vurub hədələdi. Mən orada nə Mirbaba müəllimə, nə də digər namizədə qarşı heç nə etməmişəm. İstəyirdim ki, seçkilər şəffaf keçsin. Ancaq Mirbaba müəllimin mənə qarşı etdiyi təzyiqi bilmirəm necə dəyərləndirim?».

«Turan» agentliyinin məlumatına görə, 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən bildirilib ki, onlar bu deyilənlərdən xəbərsizdirlər: «Məsələni araşdıracağıq. Qanun pozuntusu varsa, tədbir görüləcək».

Bələdiyyə sədri M.Hüseynovdan isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. M.Hüseynovla telefon vasitəsilə əlaqə saxlasaq da, o, sualı eşidən kimi əlaqəni kəsib.

Davamı

XS
SM
MD
LG