Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37
Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)

Bələdiyyə seçkiləri necə keçdi [Xronologiya]

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb.

Bakıda səsvermə. 23 dekabr 2019
Bakıda səsvermə. 23 dekabr 2019


MSK: 26.88 faiz

Mərkəzi Seçki Komissiyası bu gün, dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı növbəti açıqlamasını yayıb.

MSK-dan açıqlanan rəqəmlərə görə, saat 15:00-a qədər seçkidə seçicilərin 26.88 faizi iştirak edib. Qurumdan vurğulanıb ki, həmin vaxta qədər 1336733 nəfər səs verib.

Müşahidəçilər: 'Vətəndaşlar seçkilərə cəlb olunub'

31 saylı Suraxanı ikinci seçki dairəsinə aid olan bəzi seçki məntəqələrində vətəndaşların qrup şəkilində seçkilərə cəlb edilməsi hallarının müşahidə olunduğu bildirilir.

Bu barədə «Turan» agentliyinə seçki müşahidəçiləri məlumat verib. Müşahidəçilərin sözlərinə görə, dairənin 12, 13 və 14-cü məntəqələrində digər rayonların vətəndaşları səs verməyə gəliblər: «Saatlı, Sabirabad və digər rayon sakinləri səs verir. Karusel (bir şəxsin bir neçə məntəqədə səs verməsi) müşahidə olunur. Bu, məktəblərin direktorların göstərişi ilə edilir. Məktəb rəhbərliyi digər rayonlarda qeydiyyatda olan şagirdlərin valideynlərinə gəlib Suraxanıdan səs verməyi tapşırıb».

«Turan» agentliyinin xəbərinə görə, bu deyilənlərə münasibət öyrənməkdən ötrü 31 saylı Suraxanı ikinci seçki dairəsinin sədri İlham Bayramovla əlaqə saxlayıblar, amma o danışmayıb. «Mən telefonla suallara cavab vermirəm», - o bildirib.

Komissiya katibi təkzib edir

Dairə seçki komissiyasının katibi Qəzənfər Babayev isə deyilənlərlə razılaşmır. O, «Turan» agentliyinə məsələ ilə bağlı bunları deyib. «13 saylı məntəqəyə bir nəfər vətəndaş vəsiqə ilə səsverməyə gəlib. Amma komissiya üzvü izah edib ki, həmin şəxs burada səs verə bilməz, çünki başqa dairə seçicisidir. Sonra həmin şəxs məntəqənin dəhlizində namizədlərdən Mehman Hüseynov və ətrafındakılar tərəfindən saxlanıb, videoçəkiliş aparılıb. Bunu kənar şəxslərin seçkiyə buraxılması kimi təqdim etmək istəyiblər», - komissiya katibi bildirib.

Namizəd qutuya topa bülletenlərin atıldığını iddia edir

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 saylı məntəqəsində qutuya topa bülletenlər atıldığı bildirilir.

Bu barədə «Turan» agentliyinə həmin dairədən namizəd Rəbiyyə Məmmədova məlumat verib. Onun sözlərinə görə, dairədə süni şəkildə aktivlik yaradılır: «7 saylı seçki məntəqəsində qutuya topa bülleten atıblar. Məntəqədən məntəqəyə karusel təşkil edilib. Bu hal dairənin, demək olar ki, bütün məntəqələrində var».

«Yalandır»

10 saylı Binəqədi üçüncü seçki dairəsindən agentliyə bu deyilənləri təkzib ediblər: «Bu yalandır. Bülletenin özü o qədər yekədir ki, onu qatlayanda güclə qutuya girir. Belə olan halda topa bülleten necə atmaq olar? Karusel ilə bağlı məlumat da həqiqətəuyğun deyil. Ola bilsin, məntəqəyə bir neçə nəfər bir yerdə girir, amma bu, heç bir halda karusel deyil».

R.Məmmədovanın şikayətinə Mərkəzi Seçki Komissiyasından isə münasibət öyrənmək mümkün olmayıb.

Zabir Ağayev
Zabir Ağayev


'Gözümün qarşısında topa bülletenlər atırlar'

Səhər saatlarında 77 saylı Astara seçki dairəsinin bir neçə seçki məntəqəsində olduq. Bu məntəqələrdə seçici fəallığının o qədər də yüksək olmadığını gördük.

Müstəqil müşahidəçi Zabir Ağayevin deməsinə görə, 2 saylı seçki məntəqəsində qutuya topa bülletenlər atıblar: "Mən müşahidəçiyəm, gözümün qarşısında topa bülletenlər atırlar. Deyirlər ki, ailə üzvlərimizdir. Seçki məntəqəsinin sədrinə iradımı bildirdim. Dedi ki, sənlik deyil. Mən də məntəqədən getdim...". Ardı

Davamı

XS
SM
MD
LG