Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:38
Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)

Bələdiyyə seçkiləri necə keçdi [Xronologiya]

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb.

Azərbaycanda bələdiyyə seçkiləri...
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

MSK: Saat 12:00-a kimi 898 min 542 nəfər səs verib

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK-nın məlumatına görə, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində saat 12:00-a kimi fəallıq 18.07 faiz təşkil edib.

MSK bildirib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin saatadək 898542 nəfər səsvermədə iştirak edib.

Səbaildə vətəndaşların təkrar səs verdiyinə dair iddia var

29 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.

Bu barədə «Turan» agentliyinə həmin dairədən namizəd olan Elgiz Qəhrəman məlumat verib: «Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım mənzil kommunal istismar sahəsinin işçisidir. O, özünün tanıyıb çağırdığı adamlardan bir neçəsini təkrar səsverməyə buraxır. Məni görüb tanıdı, məndən sonra gələnləri geri göndərdi».

29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov isə «Turan» agentliyinə deyib ki, məsələ araşdırılıb: «Mən indi dediyiniz məsələni araşdırdım. Belə bir şey yoxdur. Veb-kamera vasitəsilə həmin məntəqəni izləyirəm. Bu məlumat təxribat xarakterlidir və seçkilərə qarşı yönəlib».

Səsvermə. 23 dekabr 2019
Səsvermə. 23 dekabr 2019


MSK: 432361 nəfər səs verib

Bu gün, dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək seçici iştirakına dair rəqəm açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildiriblər.

MSK-dan verilən məlumata görə, seçici fəallığı həmin saatadək 8.51 faiz olub.

MSK-dan deyilib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin vaxta kimi 423361 nəfər səsvermədə iştirak edib.

İlham Əliyev səs verib

Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib.

AZƏRTAC-ın xəbərinə görə, prezident, onun xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Onlar həmin məntəqədə səs veriblər.

Davamı

XS
SM
MD
LG