Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05
Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)

Bələdiyyə seçkiləri necə keçdi [Xronologiya]

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb.

MSK-nın mətbuat konfransı
MSK-nın mətbuat konfransı


Bələdiyyə seçkiləri başlayıb

Bu gün, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləridir.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatmalıdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək .

Qurumdan bildirildiyinə görə, bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. MSK rəhbərliyi bunu Azərbaycanın bəzi ərazilərini (20 faiz) Ermənistanın işğal etməsi ilə izah edib.

MSK-dan habelə bildirilib ki, bu seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edir. Qurumdan habelə vurğulandığına görə, səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir.

MSK sədri Məzahir Pənahov bildirib ki, hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. «Ümumilikdə 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb ki, bu da Azərbaycanda bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir», - o, bir gün əvvəl, dekabrın 22-də keçirdiyi mətbuat konfransında vurğulamışdı.

Azərbaycanda 50 civarında siyasi partiyanın olduğu deyilir.

Bəzi müxalif partiyalar bu seçkilərdə iştirak etmədiklərini açıqlayıblar. Onlar bunu ölkədə seçkilərin azad və ədalətli keçirilməsinə imkanın olmaması ilə izah ediblər. Rəsmilər isə belə fikirləri düzgün saymırlar.

Bundan əvvəl Azərbaycanda 4 dəfə bələdiyyə seçkiləri keçirilib. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

«Şəffaflıq maksimum səviyyədə təşkil olunub». Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün, dekabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.

M.Pənahov vurğulayıb ki, əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun addımlar atılacaq: «İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb...».

Sonuncu dəfə seçkidə nə zaman iştirak etmisiz?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

«Seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb». Bunu da dekabrın 23-də keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, məntəqələrdə müşahidəçilər və kütləvi informasiya vasitələri (KİV) işçilərinin peşə fəaliyyətlərini qanunvericiliyin tələbinə uyğun həyata keçirmələri üçün bütün şərait yaradılıb: «Həmçinin, hər bir şəxs MSK-nın rəsmi saytına daxil olaraq seçkiləri onlayn izləyə bilər. Hesab edirəm ki, seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb».

Davamı

XS
SM
MD
LG