Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 16:50

Təkrəqəmli, yoxsa ikirəqəmli inflyasiya gözlənir?


Arxiv fotosu.

Bu il Azərbaycanda orta illik inflyasiya 9 faiz səviyyəsində olacaq. Bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin mütəxəssisləri Bakıda keçirilən illik konfransda səsləndiriblər. Onların fikrincə, 2018-ci ildə orta illik inflyasiya 5 faizədək geriləyəcək.

Xatırlatmağa dəyər ki, ötən il orta illik inflyasiya 12,4 faiz olub. İqtisadiyyat Nazirliyi 2017-ci ildə illik inflyasiyanı 7,3 faiz proqnozlaşdırır. Hələlik, Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya hədəfini açıqlamayıb. Prezident İlham Əliyevsə təkrəqəmli inflyasiyanın məqbul olduğunu bildirib.

Buna da bax: 'Azı 10 bank var ki, müflis olacaq...' [video]

Sadəcə, tütün məhsulları nisbətən ucuzlaşıb

İlin ilk iki ayında inflyasiya ikirəqəmli olub. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrüylə müqayisədə 12,5 faiz səviyyəsində qərarlaşıb. Ərzaq məhsullarının qiymətlərində inflyasiya 15,6 faiz olub.

Həmin dövrdə çörək məmulatı və yarma 11,3 faiz bahalaşıb. Ətin qiyməti 19,7 faiz, balıq məhsullarının – 12,6 faiz, ağartı və yumurtanın – 9,4 faiz, yağ və piy – 15,8 faiz, meyvələr – 20,2 faiz, tərəvəz – 15,2 faiz bahalaşıb.

Buna da bax: FED faizi artırdı - manat necə olacaq?

Qənd, cem, bal, şokolad və konfetlər – 17,6 faiz, qəhvə, çay və kakao – 17 faiz, mineral sular, sərinləşdirici içkilər, şirələr – 13,6 faiz, araq, brendi (konyak) – 6,6 faiz daha baha satılıb. Sadəcə, tütün məmulatı 5,3 faiz ucuzlaşıb.

“İnflyasiya idxaldan və manatın dəyərsizləşməsindən qaynaqlanır”

Sual doğur: “Fitch”in proqnozu nə qədər realdır? İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM-in) iqtisadçı eksperti Rəşad Həsənova görə, son iki ildə ölkədə baş verən inflyasiya idxaldan və manatın dəyərsizləşməsindən qaynaqlanır: “İnflyasiyanı şərtləndirən digər faktordan - əhalinin alıcılıq qabiliyyətinin artmasındansa söhbət getmir. Əksinə, qeyd edilən dövrdə əhalinin gəlirlərində müşahidə edilən təbii azalma sonda idxal inflyasiyasının genişlənməsini zəiflədib”.

Buna da bax: 9 gün istirahətdən sonra iş günü 27-sidir

“Bütün hallarda ikirəqəmli inflyasiya olacaq”

Ekspert əlavə edir ki, “Fitch” bu il manatın orta illik məzənnəsini 1 ABŞ dolları= 1,76 manat səviyyəsində proqnozlaşdırır. Bu, ötən illə müqayisədə milli valyutanın təxminən 9 faiz dəyərsizləşməsi deməkdir. Rəşad Həsənovun fikrincə, “Fitch”, böyük ehtimalla, istehlak gücünün artmayacağını əsas gətirərək, inflyasiyanı 9 faiz səviyyəsində proqnozlaşdırır: “Beynəlxalq Valyuta Fondu da oxşar proqnozla (8,5 faiz) çıxış edib. Ancaq İSİM bu il 10,8 faiz səviyyəsində ikirəqəmli inflyasiya proqnozlaşdırır. Əslində, mal və xidmətlər bazarı istehlak qabiliyyətinin zəifləməsi üzündən devalvasiyanı tam qiymətləndirə bilməyib. Bu faktor 2017-ci il üçün də keçərli qalsa da, istənilən halda ikirəqəmli inflyasiya olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG