Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:28

ABŞ kəşfiyyatının keçmiş başçısı Moskvaya telefonla xəbərdarlıq edibmiş


Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan deyib ki, o, ötən yay Rusiyanın əsas kəşfiyyat orqanı olan Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısına ABŞ diplomatlarının sıxışdırılması və Moskvanın ABŞ seçki kampaniyasına müdaxiləsi barədə birbaşa telefonla şikayət edib.

Brennan Konqresin Kəşfiyyat Komitəsinə bildirib ki, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov-la avqustun 4-də, ABŞ prezident seçkisi kampaniyasının qızğın zamanında danışıb.

Mayın 23-də Konqres Komitəsinə ifadə verən Brennan deyib ki, o Bortnikova Rusiyanın müdaxiləsinin əks nəticə verəcəyi və Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasının qarşısını alacağı barədə xəbərdarlıq edib.

Brennan-ın sözlərinə görə, Bortnikov məsələni prezident Vladimir Putinlə müzakirə edəcəyini bildirib.

AzadlıqRadiosu xəbər verir ki, Brennan-ın qeydləri Rusiyanın seçki müdaxiləsinə dair təhqiqatın miqyas və sürətinin artdığı zamana təsadüf edir.

Hazırda prezident Trump-ın yaxın adamlarının Rusiya rəsmiləri ilə kommunikasiyalarını Konqres komitəsi və FTB araşdırır.

Brennan deyib ki, “Rusiyanın bizim 2016-cı il seçki prosesimizə aşkar müdaxilə etməsi hamı üçün aydın olmalıdır”.

Keçmiş MKİ direktoru deyib ki, Moskva bu hərəkətlərini ona edilən xəbərdarlıqlara məhəl qoymadan davam etdirib.

Brennan-ın Bortnikovla danışdığı ay FTB Trump-ın yaxın adamlarının Rusiya rəsmiləri ilə münasibətlərini araşdırmağa başlayıb.

Fəaliyyətləri təhqiq onunanlar arasında Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn də var.

O bu ilin fevralında Rusiya səfiri Sergey Kislyak da daxil, Rusiya rəsmiləri ilə kommunikasiyalarına dair Ağ Evə yanlış məlumat verməsi ilə əlaqədar istefaya gedib.

Bu ayın əvvəllərində Trump gözlənilmədən FTB-nin direktoru James Comey-ni vəzifəsindən azad edərək Vaşiqntonda hay-küyə səbəb olub. Bu hadisədən bir qədər sonra The New York Times xəbər vermişdi ki, Trump Flynn-ə dair araşdırlmaların dayandırılması üçün Comey-ə təzyiq göstərirmiş.

Bu, Ağ Evin cinayət təhqiqatına mane olmağa çalışdığı barədə fikir yaradıb. Bunun ardınca Trump administrasiyasının araşdırılması üçün xüsusi prokuror vəzifəsi təsis edilib.

Bu narahatlıqlar mayın 10-da, Comey-nin işdən çıxarılmasının ertəsi gün Trump-ın Ağ Evdə Rusiya səfiri Kislyakı və Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul etməsi ilə artıb.

Bunun ardınca Times yazıb ki, Trump Lavrova Comey-nin Ağ Ev üzərinıə təzyiq etdiyini söyləyib.

Mayın 23-də keçirilən Konqres dinləməsi zamanı MKİ-nin keçmiş direktoru Brennan Trump-ın yoldaşları ilə Rusiya rəsmiləri arasında koordinasiyanı görüb-görmədiyinə dair suallara cavab verməli olub.

Brennan belə əlaqələri gördüyünü deyib.

O deyib ki, belə bir əməkdaşlığın təhqiq olunmasının mühümlüyünü göstərən sənədləri görüb.

Brennan bildirib ki, o Trump-ın seçki kampaniyasındakı ABŞ vətəndaşları ilə Rusiya rəsmiləri arasında əlaqələri göstərən sənədlərlə qarşılaşıb.

Bu arada, eyni vaxtda keçirilən Senat dinləməsində Milli Kəşfiyyat Agentliyinin hazırkı direktoru Dan Coats-dan Washington Post qəzetində dərc edilmiş məlumatın doğru olub-olmadığı soruşulub.

Qəzet yazmışdı ki, Trump ondan Ağ Evlə Rusiya rəsmiləri arasında hər hansı əlaqələrin olduğunu danmasını xahiş edib.

Coats qəzetin yazdığını inkar etməyib, lakin deyib ki, Trump-la aralarında olan söhbəti açıq müzakirə etmək istəmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG