Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:00

“Boinq” 737 təyyarəsi "Şeremetovo" hava limanında sərnişinləri evakuasiya etməli olub


Nordwind Airlines-ə məxsus təyyarə

Moskvanın "Şeremetovo" hava limanından uçuşa hazırlaşan “Boinq” 737 təyyarəsi, salonda yaranmış qoxuya görə sərnişinləri evakuasiya etməli olub. Evakuasiya zamanı 8 sərnişn xəsarət alıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər verir.

Rusiyanın “Nordwind” şirkətinə məxsus təyyarə Moskvadan Yerevana uçurmuş.

Təyyarənin salonunda tüstü əməl gəlsə də yanğın baş verməyib.

İnterfaks agentliyinin məlumatına görə, buna səbəb, təyyarəni uçuşa hazırlayarkən texnoloji reqlamentin pozulması ola bilər.

Məlumata görə, mühərrikin yuyulmasında istifadə edilən maye, hava sisteminə düşüb ki, bu salonda tüstüləməyə səbəb ola bilər.

Rusiyanın aviasiya şirkəti insidenti araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Ermənistanın Moskvadakı səfirliyindən verilən məlumata görə, sərnişinlər başqa reyslə Yerevana uçsalar da 19 nəfər uçuşdan imtina edib.

XS
SM
MD
LG