Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:05

Sukhoi Superjet təyyarələri ilə onadək reys ləğv olunub


Sukhoi Superjet 100 təyyarəsi

Rusiyanın Aeroflot şirkəti Moskva hava limanında 41 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzasının ardınca Sukhoi Superjet təyyarələrinin uçduğu onadək reysi ya təxirə salıb, ya da ləğv edib.

Mayın 8-də Belarusun paytaxtı Minsk istiqamətində üç reys naməlum texniki nasazlığa görə ləngidilib. Rostov şəhərinə uçan reys isə Sukhoi Superjet markalı təyyərədə sükanlama vəziyyəti indikatorunun sıradan çıxmasına görə ləğv edilib. Sərnişinlər mənzil başına daha sonra Boeing təyyarəsi ilə çatdırılıblar.

Mayın 7-də Moskvadan Riqaya Superjet təyyarəsinin uçuşu 3 saatadək ləngiyib. Buna səbəb sərnişinlərin salonda yanıq iyi hiss etməsi və başqa təyyarədə uçmaq istəməsi olub.

Bu arada Interfax agentliyi mayın 8-də xəbər verib ki, Moskvadan Samara, Nijni Novqorod və İsveçin Göteborq şəhərlərinə Sukhoi təyyarələrinin reysləri ləğv olunub.

RBK qəzetinin yazdığına görə mayın 8-də ümumilikdə Şeremetyevo hava limanında 11 reys ləğv edilib.

Aeroflot şirkətinin özü nə qədər reysin ləğv olunduğu barədə xəbər verməyib.

Təhqiqatçılar hələ də mayın 5-də Şeremetyevoda təcili enərkən yanmış Superjet təyyarəsində baş vermiş qəzanın səbəblərini müəyyən edə bilməyiblər. Murmanska uçan bu təyyarə havaya qalxdıqdan bir saat sonra aeroporta qayıtmış və təcili eniş edərkən qəzaya uğrayaraq 41 nəfərin ölümünə səbəb olmuşdu.

Aeroflot şirkəti sovet dövründən qalma təhlükəsizlik problemlərindən Boeing və Airbus təyyarələrini istismar etməklə qurtarmışdı.

Lakin son illərdə dövlət şirkəti olan Aeroflot yerli Rusiya istehsallı 50 Superjet alıb. Şirkət bu təyyarələrdən istər yerli, istərsə də xarici reyslərdə istifadə edir.

Moskva United Aircraft Corp. şirkətində ortamənzilli Superjet təyyarələrinin istehsalına başlamaqla ölkə aviasiya sənayesini inkişaf etdirmək və Boeing, Airbus, Embraer və Bombardier tipli təyyarələrlə rəqabətə girmək məqsədi güdürdü.

Ekspertlər bu təyyarələr 2011-ci ildə istifadəyə verildiyi vaxtdan Sukhoi Superjetlərdə çoxsaylı qüsurların olduğunu bildirirdilər. Rusiya bu təyyarələri xaricə satmaqda da böyük çətinliklərlə üzləşib.

Bu da xəbər verilir ki, Şeremetyevo qəzasından sonra Superjet təyyarələrinin havadan yerə həyəcan siqnalı göndərməsi halları artıb.

Rusiyanın nəqliyyat naziri Yevgeny Ditrikh demişdi ki, qəzanın araşdırılması başa çatmadan da Superjet təyyarələri ilə uçuşların dayandırılmasına ehtiyac yoxdur.

Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, Superjet təyyarələri ilə uçuşların tam dayandırılmasına “yalnız aviasiya hakimiyyət orqanları” qərar verə bilər.

XS
SM
MD
LG