Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

Moskvada təyyarə qəzasında 41 nəfər həlak olub


Rusiya İstintaq Komitəsinin əməkdaşları qəza yerində
Rusiya İstintaq Komitəsinin əməkdaşları qəza yerində

Rusiyanın nəqliyyat naziri Yevgeny Ditrikh mayın 6-da jurnalistlərə deyib ki, 41 nəfərin cəsədi aşkarlanıb. O, 33 sərnişinin və dörd heyət üzvünün qəzadan salamat çıxdığını bildirib. Bir nəfərin durumu ağırdır.

Ditrikh bu qəzadan sonra SSJ100 təyyarələrinin uçuşdan yığışdırılmasına əsas görmədiklərini sözlərinə əlavə edib.

Yevgeny Ditrikh
Yevgeny Ditrikh

Rusiya İstintaq Komitəsi isə təyyarənin qara qutusunun aşkarlandığını deyib. Komitənin sözçüsü Svetlana Petrenko-nun bildirməsinə görə, müstəntiqlər qəzanın üç əsas səbəbini araşdırırlar: pilotların, dispetçerlərin və təyyarəni yoxlamış texniklərin yetərincə təcrübəli olmaması; təyyarənin qüsurlu olması və pis hava şəraiti.

Aeroflot heyətin “sərnişinlərin xilası üçün hər şeyi etdiyini” bildirib. Sərnişinlərin 55 saniyə ərzində evakuasiya olunduğu bildirilir.

Şeremetyevodan bir sıra uçuşlar başqa aeroportlara yönəldilib.

Moskvanın ən böyük aeroportu Domodedovodur, cənub-qərbində isə Vnukovo aeroportu yerləşir.

Sukhoi SSJ100 təyyarəsinin mühərriki
Sukhoi SSJ100 təyyarəsinin mühərriki

Mayın 6-da Rusiyanın şimalındakı Norilsk aeroportunda Boeing 737 təyyarəsi uçuş zolağından çıxıb. Aeroportdakı mənbələrin Interfax xəbər agentliyinə bildirməsinə görə, “xəsarət alan olmayıb”.

***

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər həlak olub.

Azı beş yaralı sərnişin xəstəxanaya aparılıb, onlardan ikisinin durumunun ağır olduğu bildirilir.

Ölənlər içində azı iki uşaq və bir heyət üzvü var.

Murmansk şəhərinə gedən təyyarə Şeremetyevo aeroportundan havaya qalxandan az sonra qeyri-müəyyən “texniki səbəblərdən” geri qayıtmalı olub. Məlumatı “Aeroflot” yayıb.

Təyyarənin pilotu və sərnişinlər təyyarəni şimşək vurduğunu bldirib.

Flightradar24 xidməti təyyarənin Moskva ətrafında iki dövrə vurduğunu, 45 dəqiqə uçandan sonra yerə endiyini göstərib.

Təyyarənin uçuş xətti
Təyyarənin uçuş xətti

Aeroflot “insidentin səbəblərini və baş vermə səbəblərini araşdırmaq üçün” komissiya yaradıldığını bəyan edib.

Təyyarənin istehsalçısı Sukhoi Civil Aircraft bildirib ki, təyyarə ötən ay baxışdan keçib. Aeroflot pilotun 1400 saatlı uçuş təcrübəsi olduğunu açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin ölənlərin ailələrinə başsağlığı verib.

Murmansk regionunda üçgünlük matəm elan olunub.

Bu, Rusiyada geniş istifadə olunan SSJ100 təyyarəsi ilə bağlı ikinci belə insidentdir. 2012-ci ildə İndoneziyada təyyarə dağa dəymiş, 45 nəfər həlak olmuşdu.

***

Moskvada təyyarə qəzasından 37 nəfərin sağ çıxdığı bildirilir

Mayın 5-də Moskvanın Şeremetevo hava limanında baş verən təyyarə qəzasından 37 nəfərin sağ çıxdığı bildirilir.

Bu barədə AzadlıqRadiosu Rusiyanın İstintaq Komitəsinə istinadla xəbər verir.

“Aeroflot” hava şirkətinə məxsus “Suxoy Cupercet” sərnişin təyyarəsində 78 nəfər-73 sərnişin və 5 heyət üzvü olub.

İstintaq Komitəsi bundan əvvəl 13 nəfərin öldüyünü bildirirdi. Yeni məlumatda ölənlərin sayı dəqiq göstərilmir.

İnterfaks agentliyi xəbər verir ki, qəza nəticəsində ümumilikdə 41 nəfər ölə bilər.

Kütləvi İnformasiya Vasitələri (KİV) ölü sayı barədə müxtəlif məlumatlar verirlər.

Bir neçə nəfərin hospitala götürüldüyü xəbər verilir.

Təyyarə mayın 5-i axşam saatlarında qəzalı eniş edərkən yanmağa başlayıb.

​SU-1492 təyyarəsi Moskvadan Murmanska uçurmuş.

Sərnişinlər xilasedici traplar vasitəsi ilə evakuasiya edilib.”Aeroflotun” mətbuat xitməti evakuasiyanın 55 saniyədən sonra başlandığını deyir ki, bu normadan tezdir.

Amma İnterfaks öz mənbələrinə istinadla xəbər verir ki, təyyarənin quyruq hissəsində olan sərnişinlərin bir qismini evakuasiya edə bilməyiblər.

Uçuş-eniş xəttində yanan təyyarənin videosu dərc edilib.

Həmçinin Sosial şəbəkələrdə foto və videolar paylaşılıb.

Təyyarənin quyruq hissəsi tamamilə yanıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.Qəzanın səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

“Suxoy Supercet” keçmiş SSSR-Sovet rejimi dağıldıqdan sonra Rusiyada istehsal olunan ilk yerli sərnişin təyyarəsidir.

Təyyarə qısa məsafəli uçuşlar üçün nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG