Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 23:56

Rusiya müharibələrdə cinsi zorakılığa qarşı qətnaməni dəstəkləməyib


Vasily Nebenzya

BMT Təhlükəsizlik Şurası silahlı münaqişələr zamanı baş verən cinsi zorakılığa qarşı mübarizəyə dair qətnamə qəbul edib.

Qətnamədə bu cür cinayətlərin araşdırılmasının zəruririliyi və təcavüzə məruz qalmış qız və qadınlara hərtərəfli dəstək və yardımın göstərilməsi vəzifəsi qoyulur.

Bu qətnamənin leyhinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib. Rusiya və Çin bitərəf qalıblar.

Bu, sözü gedən qətnamənin Təhlükəzsizlik Şurasında baxılmaq üçün təqdim edilmiş ilk versiyası deyildi.

Bundan əvvəlki variantlarda qurbanlara “cinsi və reproduktiv sağlamlıqla” bağlı tibbi xidmətin göstərilməsi və onlara abort imkanının verilməsi nəzərdə tutulurdu.

Bu bəndin sənədə daxil edilməsinə qarşı ABŞ və Rusiya çıxış etmişdilər. Onlar əks halda qətnamənin qəbulunu bloklamaqla hədələmişdilər.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasily Nebenzya demişdi:

“Bizi münaqişələrdə cinsi zorakılıqla mübarizənin əleyhdarları kimi təqdim etməyə heç cəhd də göstərməyin. Bizim bu məsələdəki mövqeyimiz qəti və barışmaz olaraq qalır. Bu rüsvayçılığın kökü kəsilməlidir. Lakin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi biz münaqişədə cinsi zorakılıq mövzusundan sui-istifadə və manipulyasiya edə bilmərik. Biz beynəlxalq birlik qarşısında məsuliyyət daşıyırıq”.

BMT-nin mətbuat məlumatında deyilir ki, BMT iclasının əksər iştirakçıları qətnamənin qəbul edilməsini əsl “irəliləyiş” hesab edirlər. Onlar ümid edirlər ki, bu sənəd münaqişə zonalarında olan qız və qadınların zorakılıqdan müdafiəsinə kömək edəcək.

Müharibə və silahlı münaqişələrdə cinsi zorakılığa qarşı mübarizəyə görə 2018-ci ildə Nobel mükafatı təqdim olunub.

Bu mükafatı Deni Mukvege və Nadia Murad alıblar.

Cərrah Mukvege bütün ömrünü müharibə vaxtı cinsi zorakılığa məruz qalmış qadınların müdafiəsinə həsr edib.

Nadia Murad isə İŞİD əsirliyində olub. O bu ekstremist təşkilat tərəfindən özünə və başqa əsirlərə qarşı törədilmiş cinayətlər barədə danışıb.

XS
SM
MD
LG