Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:29

Angelina Jolie ‘zorlamalardan silah kimi istifadənin’ qeyri-məqbul olduğunu deyir


NATO-nun baş katibi Jens Stoltenberg və BMT-nin qaçqınlar üzrə xüsusi elçisi, aktrisa Angelina Jolie yanvarın 31-də keçirilmiş mətbuat konfransında
NATO-nun baş katibi Jens Stoltenberg və BMT-nin qaçqınlar üzrə xüsusi elçisi, aktrisa Angelina Jolie yanvarın 31-də keçirilmiş mətbuat konfransında

Hollivud ulduzu və BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Angelina Jolie deyib ki, zorlamalardan “müharibə silahı” kimi istifadə olunması qeyri-məqbuldur. Aktrisa NATO-nu münaqişə zonalarında qadınlara qarşı cinayətlərin qarşısını almağa çağırıb.

Jolie bu bəyanatı yanvarın 31-də alyansın qərargahında NATO-nun baş katibi Jens Stoltenberg-lə danışıqlardan sonra verib.

O deyib: “Biz bugün NATO ilə, münaqişə zonalarında qadınlara qarşı cinayətlərə görə daha böyük qlobal məsuliyyətin yaradılması və belə cinayətlərdən çəkindirmə, qadınların hərbiyyədəki təmsilçiliyinin artırılması, habelə NATO-nu bu sahədə qlobal hərbi lider edəcək təlim və doktrinanın gücləndirilməsi yollarını müzakirə etdik”.

Jolie deyib ki, qadlınlara və uşaqlara qarşı, xüsusilə də cinsi təcavüz dünya boyunca münaqişələrin və təhlükəsizliyin getdikcə artmaqda olan xüsusiyyətinə çevrilir.

Aktrisa təəssüflə bildirib ki, zorlamalardan müharibə silahı kimi istifadəyə münaqişənin qaçılmaz faktoru kimi baxılır. O əlavə edib ki, belə cinayətləri gündəmə gətirmək çox vaxt cəmiyyətlər üçün çətin olur.

Jolie və Stoltenberg deyiblər ki, onlar müharibə zonasında oğlan və qızlara qarşı seksual təcavüzü dərindən təhqiq etmək məqsədilə Əfqanıstana səfər etməyi düşünürlər.

Jolie deyib ki, bu sahədə Əfqanıstanda “müəyyən yaxşılaşma” baş verib.

Angelina Jolie BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının xüsusi elçisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG