Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 14:40

BMT Belarusda monitorinq haqqında qətnamə qəbul edib


BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib.

Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Alyaksandr Lukaşenkanın istefası tələb edilir.

Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib.

Rusiyanın bütün təkliləri rədd edilib

Şura BMT-nin insan haqları üzrə ali komissarı Michelle Bachelet-ə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib.

Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı “qorxulu presedent” yaradır.

Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.

Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb.

Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib.

Təkliflərin hamısı rədd edilib.

XS
SM
MD
LG