Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

Müxalifət lideri Belarusa müşahidəçilər göndərməyə çağırır


Belarus sərhədçisi
Belarus sərhədçisi

Prezident Alyaksandr Lukaşenka və hökumətinin etirazçılara və mediaya divantutma zamanı törətdiyi mümkün cinayətləri sənədləşdirmək üçün beynəlxalq missiyanın bu ölkəyə getməsinə icazə verilsin. Bu çağırışı müxalifət lideri Svetlana Tixanovskaya Minsk qarşısında irəli sürüb. BMT isə Avropada “daha bir dəmir pərdə” ilə bağlı xəbərdarlıq edib.

Tixanovskaya sentyabrın 18-də Cenevrədə BMT İnsan Haqları Komitəsinin xüsusi iclasına Litvadan videoəlaqə ilə qoşulub. Hazırda Litvada mühacirətdə yaşayan müxalifət lideri Belarus hakimiyyətini etirazçılara qarşı zorakılığa son qoymağa, yeni azad və ədalətli seçki keçirməyə çağırıb.

“Bir daha hakimiyyətlə danışıqlara getmək istədiyimizi, ölkəmizə təsirini göstərmiş böhranın dinc həllini istədiyimizi vurğulayıram”, – o deyib.

Bu iclasdan bir gün qabaq Avropa Parlamenti qəbul etdiyi qətnamədə Lukaşenkanın Belarus prezidenti kimi indiki vəzifə müddəti noyabrda bitincə onu tanımaqdan imtina edib.

9 avqust seçkisindən sonra keçirilən etirazlarda minlərlə insan saxlanıb, döyülüb, müxalifət liderləri ölkədən çıxmağa məcbur edilib. Lukaşenka isə müxalifətlə danışıqlara getməkdən imtina edir.

“Avropa qitəsində daha bir dəmir pərdənin çəkilməsinə imkan verməyək”, – BMT-nin Belarusda insan haqları üzrə xüsusi məruzəçisi Anaïs Marin deyib. O, Belarusdakı vəziyyəti “fəlakətli” adlandırıb.

Marin etirazlardan sonra 10 minədək şəxsin saxlandığını bildirib. Ancaq onun çıxışı Belarus və onun müttəfiqi Rusiya, digərləri tərəfindən dəfələrlə çəkilib.

Belarusun BMT-dəki səfiri Yuri Ambrazeviç deyib ki, bu qurumun ölkəsində seçkiyə müdaxiləsi qəbuledilməzdir.

***

Belarusun sərhəd-keçid məntəqələri işini davam etdirir

Belarusun Dövlət Sərhəd Komitəsi sərhədə nəzarəti gücləndirdiyini bildirir. Ancaq Prezident Alyaksandr Lukaşenkanın bəyanatına baxmayaraq giriş-çıxış məntəqələri açıq qalır.

Altı həftədir istefasını tələb edənlərin qarşısından çəkilməyən Lukaşenka ölkənin qərb sərhədində tədbirlər görülməli olduğunu deyirdi.

“Sərhəd xidməti taktiki rezerv qüvvələrdən istifadə etməklə Belarus Respublikasının dövlət sərhədinə nəzarəti gücləndirib”, – komitənin sentyabrın 28-də yaydığı bəyanatda deyilir.

“Eyni zamanda giriş və çıxış məntəqələri gücü daxilində işini davam etdirir”, – bəyanatda vurğulanır.

Polşa sərhədçiləri sentyabrın 18-də “Reuters” agentliyinə deyiblər ki, Polşa-Belarus sərhədində problem yoxdur. Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü Andriy Demçenko isə sentyabrın 18-də televiziyaya müsahibəsində deyib ki, Belarus tərəfdən sərhədçilər Ukrayna ilə sərhədin bağlanması niyyətini göstərən hər hansı mühafizəçi, yaxud avadanlıq görünmür.

Lukaşenka sentyabrın 17-də Polşa, Litva və Ukraynanı “müharibə qızışdırmaq” cəhdlərində ittiham edib, bu ölkələrlə sərhədlərin bağlanmasının gərəkdiyini söyləyib.

9 avqust seçkisində Lukaşenkanın səslərin 80 faizini yığdığı açıqlanandan sonra ölkəni kütləvi etirazlar bürüyüb. Müxalifət üzvləri və bir çox qərb ölkələri seçkinin saxtalaşdırıldığını deyirlər.

XS
SM
MD
LG