Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 23:20

‘Birinci sinif şagirdi kitabı açan kimi Heydər Əliyevin şəklini görürsə…’


Hafiz Məmmədovun əmlakı müsadirə oldu - Məhkəmə qərarı var
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Hafiz Məmmədovun əmlakı müsadirə oldu - Məhkəmə qərarı var

Təhsil Nazirliyi özünün internet saytında yeni dərslik layihələrinə dair ictimai rəyi öyrənir.

Bakıda 35 ildir biologiya fənnini tədris edən Dilşad Ələkbərli deyir ki, dərsliklərin yenidən, dünya təhsil sistemi standartlarına uyğun hazırlanmasına ciddi ehtiyac var.

Onun sözlərinə görə, dərsliklər baza biliklərinə yiyələnmək üçün yetərli deyil. Sadələşdirmələr zamanı mövzunun əsas mahiyyəti itib.

Dilşad Ələkbərli deyir ki, daha bir ciddi problem isə dərsliklərin tərtibatıdır. Mövzular şəkillərlə, qrafikalarla verilmir, ancaq söz yığını toplusu təsiri bağışlayır:

“Mənim şagirdlərimin çoxu tibb sahəsində hazırlaşırlar. Onların əksəriyyəti Türkiyədə oxumağa can atırlar. Baza bilikləri olmadığından uşaqlar orda da əziyyət çəkirlər. Məsələn, Türkiyədəki biologiya dərsliklərini müqayisə etsək maraqlı şəkillər, suallar o qədər cəlbedicidir ki, şagirddə maraq yaradır”.

Dilşad Ələkbərli deyir ki, dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə, elə dərslik müəlliflərinin özlərinə də iradını bildirib. Amma buna baxan olmayıb.

Biz bu iradlarla bağlı Təhsil Nazirliyinin də fikrini öyrənməyə çalışdıq. Amma təəssüf ki, cavab ala bilmədik.

Təhsil Nazirliyi öz saytında 2019-2020-ci tədris ili üçün I siniflər üçün yeni hazırlanmış, eləcə də 4-cü və 7-ci siniflər üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyi öyrənir.

Aprel ayından başlayan müzakirələr iyul ayının ortalarına qədər davam edəcək. Nazirlik alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri, bir sözlə, bütün vətəndaşları müzakirəyə çıxarılmış dərslik layihələrinə dair fikirlərini bildirməyə çağırır.

Dərsliklər uşaqları tez yorur

Təhsil eksperti, Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədr müavini Nabatəli Qulamoğlu nazirliyin bu qərarını alqışlayır.

O, yeni dərslik layihələri ilə yaxından tanış olub. Deyir ki, irəliləyişlər olsa da çatışmazlıqlar qalır. Onun fikrincə, ən böyük nöqsan dərsliklərin siyasiləşməsidir. Nabatəli Qulamoğlu kitabların ilk səhifəsində Heydər Əliyevin şəkillərinin olmasını düzgün saymır.

Ən çox səslənən iradlar arasında dərsliklərin tez-tez yenilənməsi, onların çəkisi, mövzu və tərtibat məsələləri də var. Bizimlə söhbət edən valideynlərin ən çox səsləndirdikləri iradlardan biri isə dərsliklərin həddindən artıq çətin dildə yazılmasıdır:

“Ümumiyyətlə, dərsliklər çox yüklüdür. Uşağı çox yorur. Təsəvvür edin ki, mənim uşağım məktəbdən gəlir, dərslərini edir və elə stolun üstündəcə yatır. Uşağı çox yorur. Dərsliklərdə çox materiallar var. Ya materialların heç bəzisi ümumiyyətlə keçilmir, ya da keçirilirsə də, bu, uşaqların psixologiyasına ziyandır, onları çox yükləyir”.

Təhsil eksperti nabatəli Qulamoğlu deyir ki, dərslik elə hazırlanmalıdır ki, uşaq ondan yorulmasın. Onun sözlərinə görə, 10 ildən çoxdur ki, Azərbaycan orta məktəblərində kurrikulum, yəni şagirdlərin daha fəal iştirakını nəzərdə tutan sistemə keçilib, amma dərsliklər bu sistemin tələblərinə cavab vermir.

Nabatəli Qulamoğlu deyir ki, yeni layihələrdə bu nöqsanların bəziləri aradan qaldırılıb. Amma dərsliklərin siyasiləşdirilməsi problemi hələ də qalır:

“Bu bir növ dərslik layihəsinin Təhsil Nazirliyində keçərli olması üçün siyasi rüşvətdir. Bu siyasi rüşvətdən heç kim qaça bilməyib. Mən bunu ən böyük nöqsan hesab edirəm. Biz kurrikulum proqramından istifadə ediriksə, burada əsas mahiyyət tənqidi təfəkkürün inkişafı üzərində qurulur. Birinci sinif şagirdi kitabı açan kimi Heydər Əliyevin şəklini görürsə, bu zaman hansı tənqidi təfəkkürdən danışmaq olar?”

Nabatəli Qulamoğlu Təhsil Nazirliyinin yeni dərsliklərə dair ictimaiyyətin rəyini öyrənmək cəhdini müsbət addım sayır. Amma hesab edir ki, nazirlik saytında verilən rəylərlə başqalarının da tanış olmasına imkan yaratmalıdır. İndiki halda isə Təhsil Nazirliyi yalnız əks-əlaqə email-i qoyub ki, istəyən fikrini ora yazsın.

AzadlıqRadiosu da ictimai rəyi öyrənməyə çalışıb:

Orta məktəb dərsliklərinin keyfiyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Azərbaycanda dərsliklər Təhsil Nazirliyin elan etdiyi tender əsasında hazırlanır və hansı dərslik layihəsinin qalib gəlməsinə Təhsil Nazirliyinin özü qərar verir. Qaydaya görə bu dəsrliklərin keyfiyyətinə dair monitorinq aparan da, qərar verən də elə Təhsil Nazirliyinin özüdür.

2017-ci ilə qədər dərslikləri keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının indiki Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri də monitorinq edirdilər. Elmi-metodiki monitorinqin nəticələri ictimaiyyətə açıqlanırdı. Amma 2017-ci ildən Mərkəz bu monitorinqləri ancaq Təshil Nazirliyinin sifarişi əsasında aparır və nəticələrin ictimaiyyətə açıqlanıb-açıqlanması da nazirliyin istəyindən asılıdır. Təəssüf ki, proqram efirə hazırlananan son ana qədər cəhd etsək də, Təhsil Nazirliyinin bu kimi tənqidlərə cavablarını öyrənə bilmədik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG