Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:02

Keçmiş nazir: ‘Təhsili elə bir günə salıblar ki, kolxoz bazarından betərdir’


Heydər Əliyevin 35 milyon dollarlıq yeni evi aşkar edildi - Rusiyada
Gözlə

No media source currently available

0:00 0:14:36 0:00

Heydər Əliyevin 35 milyon dollarlıq yeni evi aşkar edildi - Rusiyada

Əgər yeni “Ümumi təhsil haqqında” qanun qüvvəyə minərsə, məktəblər də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Bu fəaliyyət parlamentdə artıq ikinci oxunuşda qəbul edilmiş yeni qanunun 31-ci maddəsində öz əksini tapıb. Həmin maddədə təhsil müəssisələrinə təcrübə-istehsalat sahələri, ödənişli əsaslarla dərnəklər, maraq kursları, əlavə məşğələlər keçirmək, sərgilər təşkil etmək hüququ verilir.

Əldə olunan vəsaitin isə təhsilin inkişafına, təhsil alanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilməsi nəzərdə tutulub.

Firudin Cəlilov
Firudin Cəlilov

Keçmiş təhsil naziri Firuddin Cəlilov hesab edir ki, məktəblərə bu hüququn verilməsində məqsəd heç də təhsilin inkişafı deyil:

“Dərsdən sonra uşaq hazırlayıb, 5-10 manat pul qazanıb, ailəsini dolandıran müəllimlərin əlindən bu imkanı da alırlar. Əsas məqsəd budur, başqa məqsəd görmürəm burada. Təhsil sistemini elə bir günə salıblar ki, kolxoz bazarından betərdir. Təhsilin keyfiyyəti üçün islahatlar olmalıdır, yalandan görüntü yaratmamalıdırlar. Dərsliklər dəyişməlidir. Sahibkarlıqla bağlı əlavə olunan bənd peşə məktəblərində tətbiq oluna bilər. Tarix boyunca da olub, amma bunu bütün məktəblərdə etmək olmaz”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Əbiyev isə fikirləşir ki, yeni təhsil qanunu məhz təhsil sahəsində islahatlar aparmaq, təhsilin keyfiyyətini daha da artırmaq məqsədi daşıyır. Məktəblərə sahibkarlıq imkan yaradılması da bu siyasətin davamıdır:

“Ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyətinə imkan yaradılması yeni bir təcrübə deyil. Bütün inkişaf etmiş Arvopa ölkələrində belə imkanlar var. Bu dəyişikliyin təhsilin özü ilə birbaşa əlaqəsi yoxdur. Plan, prorqam dəyişdirilmir. Bu bənd əksinə təhsilin daha da yaxşılaşmasına kömək edəcək”.

Ağacan Əbiyev əlavə edir ki, sahibkarlıq fəaliyyəti məktəblərə əlavə bir şansdır. Bu nə məktəblərə dövlət büdcəsindən ayrılan vəsaitin azalması anlamına gəlir, nə də dövlətin təhsilə olan qayğısını azaldır.

Rəhilə Məmmədovanın övladı Praqada dövlət məktəbində oxuyur. Deyir ki, onlar da müxtəlif əl işləri, şirniyyatlar hazırlayıb yarmarka, sərgilərdə satışa çıxarırlar. Amma əldə olunan vəsaitlə uşaq evlərinə kömək olunur.

Sizcə, bugün orta məktəblərdə ən böyük problem nədir?
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Keçmiş təhsil naziri Firudin Cəlilov hesab edir ki, qanunda adı çəkilən nə sərgilərdən, nə də dərnək və məşğələlərdən elə böyük gəlir götürmək real deyil. Əsas gəlir məhz repititorluqdadır:

“5-6 yaşında uşaq nə düzəldə biləcək ki, onu sərgilərdə satışa çıxara bilsinlər. Mən düşünürəm ki, burada əsas məqsəd əlavə məşğələləri elə məktəblərin özündə təşkil etməkdir. Bununla da evlərdə repititorluğun qarşısını almaq istəyirlər. Amma bunun üçün məktəblərdə deyilən dərsin keyfiyyətini artırmaq lazımdır ki, şagirdlər dərsdən sonra əlavə hazırlıq kurslarına və ya məşğələlərə getməsinlər”.

Firudin Cəlilov qanuna edilən bu dəyişikliyi daha çox məktəblərdə repetitorluğa rəqabət mühiti yaratmaq kimi dəyərləndirir. Düşünür ki, artıq məktəblərdə təshil sistemi iflic olub, abituriyentlər əsasən repеtitorlar yanında hazırlaşırlar. Firudin Cəlilov bu halı Azərbaycan təhsil sisteminin ən böyük problemlərindən biri sayır.

Milli Məclisdə fevralın 19-da Ümumi Təhsil Haqda ikinci oxunuşda qəbul edilən qanunda məktəblərə sahibkarlıq imkanı yaradılması yeganə yenilik deyil. Daha bir yenilik odur ki, Azərbaycan bölməsindən başqa, bütün digər xarici dil bölmələrinə qəbul imtahan əsasında keçiriləcək. Yəni, bu qanun qüvvəyə minəndən sonra məsələn, uşağı rus bölməsinə qoymaq üçün əvvəlcə onun rus dili bilgiləri yoxlanacaq.

Qanun parlamentdə üçüncü oxunuşdan da keçərsə, təqdiqlənməsi üçün ölkə prezidentinə göndəriləcək. Qanunun yeni tədris ilinəcən qüvvəyə minməsi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG