Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 05:53

Birdəfəlik ödəmələrlə bağlı qərara dəyişiklik edilib


Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Nazirlər Kabinetin yaydığı məlumatda deyilir.

Dəyişikliyə əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manatlıq birdəfəlik ödəməni almış şəxslər təkrar yoxlamadan keçirildikdən sonra həmin məbləğdə ödəmə alacaqlar.

Azərbaycan hökuməti xüsusi karantin elan olunan bölgə və şəhərlərdə işsiz və ya pandemiya ucbatından işini itirənlərə 190 manatlıq birdəfəlik yadım edilir.

İlkin dövrdə bu ödəmə ölkəboyu təxminən 600 min adama şamil edilmişdi. Son dövrlərdə isə bu ancaq xüsusi karantin elan olunan bölgələrin sakinlərinə verilir.

XS
SM
MD
LG