Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Gərgin münasibətlərdən sonra ilk rəsmi səfər


Binali Yıldırım, Kazan, 7 dekabr 2016

Yanvarın 7-də Türkiyənin baş naziri Binali Yıldırım İraqa rəsmi səfərə gedib. Bu, Ankara və Bağdad arasında gərgin münasibətlərindən sonra Türkiyə tərəfdən İraqa ilk rəsmi səfərdir.

Türkiyənin və İraqın baş nazirləri iki ölkənin Strateji Əməkdaşlıq Konfransında işirak edəcək. Prezident Fuad Masum və İraqdakı türkmənlərin liderləri ilə görüşdn sonra sonra B. Yıldırım Erbil şəhərinə gedəcək. O burda Kürdüstan Muxtariyyətinin prezidenti Masud Barzani və baş nazir Nechirvan Barzani ilə görüşəcək.

Bir müddət əvvəl rəsmi Ankara ilə Bağdad arasında münasibətlər gərginləşib. Buna İraqın Mosul şəhəri yaxınlığındakı Başika bölgəsində Türkiyə hərbçilərinin yerləşməsi və Mosulun "İslam dövləti" qruplaşmasından (İŞİD) geri alınmasında top atəşlərindən istifadə etməsi səbəb olub.

İraq Türkiyənin Mosulun geri alınması əməliyyatında iştirak etməsini istəmir.

XS
SM
MD
LG