Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:27

Kiçikxanımın böyük hünəri... (İZ-Anons)


Kiçikxanım Acalova, Yusif Vəzir Çəmənzəminlinin qaynanası,Azərbaycan, Bakı
Kiçikxanım Acalova, Yusif Vəzir Çəmənzəminlinin qaynanası,Azərbaycan, Bakı

Los Ancelesdə yaşayan “Azerbaijan İnternational” dərgisinin baş redaktoru Betty Blair “Əli və Nino” və Yusif Vəzir Çəmənzəminli ilə bağlı araşdırmalarını davam etdirir.

Yusif Vəzirin anadan olmasının 130 illiyini ayrıca layihəylə qarşılamağa hazırlaşan amerikalı tədqiqatçı dərginin bir sayını ona həsr etmək qərarına gəlib.

Xanım Betty-nin Bakıya budəfəki gəlişi də elə yubiley sayına bağlı idi. O, macal tapıb Qərb Universitetinin filologiya fakültəsinin tələbələriylə də görüşə bildi.

“Əli və Nino”nun yorulmaz araşdırıcısı tələbələrə həm Yusif Vəzir, həm də oxuduqları universitetin 1 km civarındakı binalar haqqında qiymətli tarixi bilgilər verdi.

Xanım Betty AzadlıqRadiosunun “İZ” proqramını da, özəl olaraq, bu görüşə dəvət etmişdi.

Beləliklə, “İZ”də səslənəcək ikibölümlü görüşün birinci bölümü diqqətinizə yetirilir.

Bu bölüm “Kiçikxanımın böyük hünəri” adlanır...

-Adı tarixə düşən Kiçikxanım kimdir?

-Xanım Betty tələbələri nədən bu qadının adını unutmamağa səslədi?

-Yusif Vəzir 1937-ci ildə öz kommunal mənzilində 8 ay necə gizli yaşaya bildi?

-Təsadüfən evə girən qonşu bu sirri necə açdı?

-Ardınca nə oldu?

-Həbs təhlükəsiylə üzləşən Yusif Vəzir hansı səhvlərə yol verdi?

-Xanım Betty-nin “7 bina” layihəsinə hansı məşhur binalar daxildir?

Dekabrın 25-də saat 23-də AzadlıqRadiosunda.

Bu “İz”i itirməyin.

Kiçikxanımın böyük hünəri...İZ-Anons
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG