Uğurbəyli kəndi Bərdənin qədim kəndlərindən sayılır. Kənddə XIX əsrə aid məscidlə yanaşı uzunömürlü Çinar ağacları da boy atıb. Doxsanıncı illərdə kənddə pambıqçılıq, soğan, yerkökü və göyərti əkini çoxluq təşkil edirdi və kənd bu mənada yenidən həmin günlərə geri dönməkdədir.
200 dəstə göyərti 2 manata

1
Əvvəllər Uğurbəyli kəndinin Tibb məntəqəsi kimi fəaliyyət göstərən bu binanın damının bir tərəfi tamamilə yararsız haldadır. İndi Mədənyyət şöbəsi yerləşir və bir ailə yaşayır.

2
Uşaq bağçası olmadığından uşaqların məktəbəqədərki dövrü bağçasız keçir bu kənddə.

3
Kənddə pambıq yığımından sonra göyərti əkilib və kəndlilər bunu çox az gəlirli hesab edirlər.

4
Sakinlərin gəlir sahəsi sadəcə təsərrüfatdır - əkinçilik və heyvandarlıq.