Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:20

Böyük Britaniya benzin və dizellə işləyən avtomobilləri qadağan edir


Michael Gove

Böyük Britaniya 20 ildən sonra elektomobilə keçəcək. 2040-cı ildə ölkədə benzin, dizel və ya hibridlə çalışan yeni maşınların satışı qadağan ediləcək. Bu barədə Ətraf mühit naziri Michael Gove açıqlama verib.

BBC telekanalının məlumatına görə, bu, Britaniya hökumətinin təmiz hava uğrunda mübarizə proqramının bir hissəsidir. Proqramın büdcəsi 3 milyard funtdan çoxdur.

Havası daha çox çirklənmiş rayonlarda qadağa daha əvvəldən tətbiq olunacaq. Hökumət həm də ictimai nəqliyyatı dəyişməyi, işıqforları yenidən proqramlaşdırmağı və yol sxemində dəyişlik etməyi düşünür.

Hələ ki, Böyük Britaniyada satılan yeni avtomobillərin 1%-dən də az hissəsi yalnız elektrik enerjisi ilə işləyir.

İyulun əvvəlində Fransa hökuməti də oxşar qərarını elan etmişdi. Parisdə benzin və dizel yanacağından imtinanı «inqilabi addım» adlandırıblar. Havanın çirklənməsi ilə mübarizə tədbirləri çərçivəsində fransız hökuməti buraxılış ili 20 ildən artıq olan avtomobillərin də paytaxta girişini məhdudlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG