Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

İqtisadçı: 'Azərbaycanda benzinin ucuzlaşdığını heç vaxt görmədik'


Illüstrasiya
Illüstrasiya

““Aİ-95” (premium) və “Aİ-98” (super) markalı benzinlərinin qiymətinin bahalanması obyektiv səbəblə bağlıdır”

Bunu neftüzrə ekspert İlham Şaban bildirib.

“Bu, ilk növbədə avqust ayından dünya bazarında neftin qiymətinin 60-dolları keçməsindən irəli gələn məsələdir. Odur ki, neftin qiyməti yüksələndən sonra,belə benzinlərin istehsalçıları satış qiymətlərini qaldırdılar. Hazırda, bu Rusiyada da, Gürcüstanda da, Türkiyədə də belədir. Məsələn, Türkiyə bazarında yayda bu 4,90 lirə dəyərində idi, indi 5,60-a yüksəlib”.

İ.Şaban bildirib ki, bu marka benzinlər Azərbycana xarici ölkələrdən idxal olunur.“Aİ-95”Rumıniyadan, “Aİ-98”benzin isə Rusiyadan gətirilir.

İ.Şabandeyib ki, “Aİ-92” markalı benzin ölkədə istehsal edilir:

Buna da bax: Beynəlxalq Bankda kredit maxinasiyaları

“Odur ki, bunun“Aİ-92”nin bahalanmasına təsiri olmamalıdır”

İqtisadçı Qubad İbadoğlu da deyib ki, “Aİ-95” (premium) və “Aİ-98” (super) markalı benzinlərin qiymətinin bahalanması bütünlükdə neftin bahalanması ilə bağlıdır:
“ Dünyada neft həmişə bahalanmır. Onun ucuzlaşdığı dövr də olur.Ancaq biz Azərbaycanda benzinin heç vaxt ucuzlaşdığını görməmişik. Azərbaycanda düşünürəm ki, qiymət artımını bazar tənzimləməyib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mühəriki güclü olan avtomobillər daha çoxdur.”

İqtisadçı deyib ki, hazırda Azərbaycan yüksək keyfiyyətli benzin hazırlamaq gücündə deyil:

“Azərbaycanda belə məhsul istehsal edən neftayırma müəssisələrinin inşası və ya mövcud müəssisələrin bu səviyyəyə çatdırılması böyük vəsait tələb edir.Hərçənd, Azərbaycanda neftayırma müəssisələrinin müasirləşməsinə az vəsait qoyulmayıb.Ancaq biz bunun səmərəsini görmürük. Hətta Aİ-92 benizini bu il bahalanandan sonra onun keyfiyyəti düşüb”

İqtisadçı deyib ki, bu bahalanmadan istifadə edib budcə kəsirinin müəyyən hissəsini aradan qaldırmaq niyyəti güdülür.

Xatırlatma

Noyabrın 17-siAzərbaycanda bəzibenzinlərininqiyməti qalxıb.“Aİ-95” markalı benzin 1 manat 25 qəpik, “Ai-98” markalı benzinin bir litri isə 1 manat 50 qəpik olub. Bununla da hər iki markadan olan benzintəqribən 20 qəpik bahalaşıb.

Bu il Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinlərinin qiymətləri bir neçə dəfə bahalanıb. “Aİ-95” markalı benzin ilin əvvəlində 95 qəpiyə, “Aİ-98” markalı benzin isə 1 manat 10 qəpiyə satılıb.

İlin əvvəlində bu benzinlərin qiymətləri artanda deyilirdi ki, dolların bahalanması idxal edilən yanacağın qiymət artımını qaçılmaz edib.

Son 8 ayda isə manat dollara nisbətən möhkəmlənib. Bu il ümumilikdə manatın dollar nisbətən 4 faiz möhkəmləndiyi açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG