Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Benzin bahalandı


İllüstrasiya
İllüstrasiya

İndi aldığımız xəbərə görə Azərbaycanda benzinin qiyməti qalxıb. APA informasiya agentliyi bildirir ki, “Aİ-95” markalı benzin 1 manat 25 qəpik, “Ai-98” markalı benzinin bir litri isə 1 manat 50 qəpik olub. Bununla da hər iki markadan olan benzin 20 qəpik bahalaşıb.

Bu markadan olan benzin Azərbaycana xaricdən idxal olunur. Rəsmilər qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirirlər.

Amma qiyməti Tarif Şurası tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətlərində hər hansı dəyişiklik yoxdur.

Bu il Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətləri bir neçə dəfə bahalanıb. Aİ-95 markalı benzin ilin əvvəlində 95 qəpiyə, Aİ-98 markalı benzin isə 1 manat 10 qəpiyə satılıb.

İlin əvvəlində bu benzinlərin qiymətləri artanda deyilirdi ki, dolların bahalanması idxal edilən yanacağın qiymət artımını qaçılmaz edib.

Son 8 ayda isə manat dollara nisbətən möhkəmlənib. Bu il ümumilikdə manatın dollar nisbətən 4 faiz möhkəmləndiyi açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG