Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:19

Belarus polisi Rusiya ilə sərhəddə səngər qazan gəncləri saxlayıb


Rusiya ilə sərhəddə - meşədə səngər qazan gənc belorus fəallar
Rusiya ilə sərhəddə - meşədə səngər qazan gənc belorus fəallar

Səngər qazan 2 gənc fəal dövlətin üst-üstə 14 nümayəndəsi ilə üz-üzə qalıb

Belarusda qeydiyyatsız "Gənc cəbhə" təşkilatının fəalları Rusiya sərhədindən 25 km uzaqlıqda yerləşən Vetka rayonu Sponitskaya Rudnya kəndinin meşələrində nümayişkaranə şəkildə səngər qazıblar.

Aksiya başlanınca…

Əvvəlcə bir neçə meşəbəyi, daha sonra isə mülki geyimli şəxslər bu ərazidə peyda olublar.

Daşkevich polisə rus dilini bilmədiyini söyləyib. Onu dindirmək istəyən polis meşəyə Belarus dili müəllimi çağırıb.

Onların ardından zirehli jilet geymiş əliavtomatlı polislər və yanğınsöndürənlər də özlərini yetiriblər. Beləcə, səngər qazan 2 gənc fəal dövlətin üst-üstə 14 nümayəndəsi ilə üz-üzə qalıb.

Buna da bax:​ Putin haqda təhqiramiz şüarlar qışqıran 100 ukraynalı və 30 belaruslu azarkeş saxlanıb

İki protokol tərtib edilib

Polis səngərqazanlarla bağlı iki protokol tərtib edib. Protokollardan biri meşənin torpaq örtüyünün korlanması, digəri aksiyaçıların maşınındakı tibbi yardım çantasında zəruri gərəklərin olmaması ilə bağlıdır.

Fəallar araşdırma aparılmaq üçün saxlanıblar.

Yarış avtomatı tapılıb?

Aksiyaya qatılanların fikrincə, belaruslar da Rusiyanın mümkün təcavüzünə qarşı dirənməyə hazır olmalıdırlar.

Onlardan birinin – təşkilatın rəhbəri Dmitriy Daşkevich-in avtomobilindən yarış avtomatının tapıldığı deyilir.

Daşkevich polisə rus dilini bilmədiyini söyləyib. Onu dindirmək istəyən polis meşəyə Belarus dili müəllimi çağırıb.

Buna da bax:​ Rusiya Krımda hərbi təlim keçirir

Aksiya Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır

"Gənc cəbhə" təşkilatının aksiyası Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır. Aksiyaya qatılanların fikrincə, belaruslar da Rusiyanın mümkün təcavüzünə qarşı dirənməyə hazır olmalıdırlar. Aksiyanın keçirildiyi yerdən 76 km uzaqlıqda rus hərbçilərinin dislokasiya edildiyi Klintsı şəhəri yerləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG