Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:15

'Parazit' vergisinə etiraza görə tutulanlarla bağlı tələb


Belarus , aksiya 10 mart 2017

Belorusda bir neçə yüz adam yeni vergilərə etiraz edərkən həbs olunanların azadlığa buraxılması üçün etiraz aksiyası keçirilib. İşsizlərlə bağlı vergilərə etiraz edən 10 nəfər həbs olunub.

Polis onların aksiyasına müdaxilə etməsə də, sonradan bəzi müxalif siyasətçiləri həbs edib. Saxlananlar arasında jurnalistlər də var. Onlara qarşı hansı ittiham irəli sürüləcəyi bəlli deyil.

Prezident Alyaksandr Lukashenka-nın hökuməti “sosial parazit” adlandırılan qanun qəbul edib. Həmin qanuna görə, təqvim ilinin yarısını işləyən, ya da ölkənin əmək bürosunda qeydiyyatda olmayan şəxslər vergi ödəyəcəklər. Qanun bir illik qəbul olunub, gələn il redaktə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG