Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:53

Bayden və Merkel Ağ Evdə Rusiyanı müzakirə ediblər


ABŞ prezidenti Co Bayden (sağda) və Almaniya kansleri Angela Merkelin birgə mətbuat konfransı
ABŞ prezidenti Co Bayden (sağda) və Almaniya kansleri Angela Merkelin birgə mətbuat konfransı

ABŞ prezidenti Co Bayden deyib ki, o və Almaniya kansleri Angela Merkel Rusiyanın enerjidən öz qonşularına qarşı “silah” kimi istifadə etməsinin önlənməsi üçün birlikdə çıxış edirlər.

Bu bəyanat Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya gətirəcək Şimal Axını 2 kəməri tikintisinin başa çatmaqda olduğu bir vaxtda səslənib.

İyulun 15-də Ağ Evdə keçirilən görüş zamanı Bayden bu barədə narahatlığını xanım Merkelə bildirib:

“Mən Şimal Axını 2 kəməri barəsində narahatlığımı bir daha ifadə etmişəm, lakin kansler Merkel və mən Rusiyanın enerjidən qonşularını qısnamaq və hədələmək üçün istifadə etməsinin qarşısının alınması əzmində yekdilik”.

Prezident əlavə edib ki, Birləşmiş Ştatlar və Almaniya “birgədirlər və NATO-nun şərq cinahındakı müttfəqilərimizi Rusiyanın təcavüzündən qorumaq üçün birgə olmaqda davam edəcəklər”.

Tikintisi başa çatmaqda olan 11 milyard dollarlıq Şimal Axını 2 kəməri bundan əvvəl ABŞ və Almaniya arasında nadir hallarda baş verən fikir ayrılığı yaradıb.

“Yaxşı dostların sözü düz gəlməyə bilər”

Lakin Bayden bir daha işarə edib ki, o bu məsələnin üstündən keçməyə hazırdır: “Yaxşı dostların sözü düz gəlməyə bilər”.

Bayden uzun müddət bu kəmərin əleyhinə olub, lakin ötən may ayında kəmərin tikintisində iştirak edən Almaniya şirkətlərinə qarşı gözlənilən sanksiyaları dondurub.

ABŞ prezidenti mövqeyini belə əsaslandırıb ki, kəmər demək olar tikilib və hər hansı sanksiyalar Avropa müttəfiqlərinə ziyan vura bilərdi.

Vaşinqton narahatdır ki, bu kəmər Avropanın enerji təhlükəsizliynə, Ukraynanı qaz tranziti gəlirindən məhrum etməklə ziyan vura bilər.

Merkel əmin edib ki, Şimal Axını 2 Ukraynadan keçən tranziti əvəz edəcək bir layihə deyilidir.

Kansler bundan əvvəl deyirdi ki, kəmər Rusiya ilə birgə biznes deyildir və burada söhbət Almaniyanın milli suverenliyi məsələsindən gedir.

Bayden mətbuat konfransının əvvəlində Merkeli kanslerliyinin 16 illiyi münasibətilə təbrik edib.

66 yaşlı Merkel Almaniyada parlament seçkisindən sonra vəzifəsini tərk etmək fikrindədir.

Bundan əvvəl Ağ Evdə keçirilən görüş zamanı Bayden demişdi ki, “Birləşmiş Ştatlar və Almaniya arasında əməkdaşlıq güclüdür və biz bu əməkdaşlığın belə qalmaqda davam edəcəyinə ümid edirik”.

Merkel isə Birləşmiş Ştatlarla dostluğu alqışlayıb və bunun “azad və demokratik Almaniyaya töhfəsini” bir daha dilə gətirib.

Fəxri doktorluq və “görək sonrası nə olur”

Bayden Merkelin Ağ Evə səfəri ilə keçmiş prezident Donald Trampın iki ölkə arasına, əsasən də müdafiə məsələlərinə görə gətirdiyi soyuqluğu aradan qaldırmaq istəyirdi.

İkitərəfli danışıqlarda habelə koronavirus pandemiyası, Çin, ticarət və iqlim dəyişikliyi kimi məsələlər müzakirə olunub.

Merkel iyulun 15-də habelə vitse-prezident Kamala Harrislə görüşüb və onun yüksək vəzifəli rəsmilər və Konqres üzvləri ilə görüşləri planlaşdırılıb.

Baydenlə görüşdən əvvəl Merkel Johns Hopkins Universitetinin 18-ci fəxri doktorluğunu qəbul edib və burada keçirlən görüşdə qarşıdan gələn təqaüdçülüyü və gələcək planları barədə bəhs edib.

O deyib ki, “məni həqiqətən də nəyin maraqlandırdığı barədə düşünmək üçün fasiləyə ehtiyacım var”.

“Kitab oxuyacağam, bir az dincələcəyəm. Çünki çox yorğunam, bir az yatacağam, sonrası da, görək nə olur?”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG