Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

Qərbi Avropa daşqınlarında çox sayda ölən var


Almaniyanın qərbindəki Hagen şəhəri
Almaniyanın qərbindəki Hagen şəhəri

Qərbi Almaniya və Belçikada baş verən güclü sellər nəticəsində azı 50 nəfər həyatını itirib, sel suları maşınları və evləri yuyub aparıb.

Bu bölgədə yağan leysan yağışlar nəticəsində çaylar məcrasından daşıb və sel suları daşınmaz mülkiyyətə böyük ziyan vurub.

İyulun 15-də avtomobil yolları bağlanıb, kütləvi evakuasiya əməliyyatları keçirilib.

Almaniya kansleri Angela Merkel Vaşinqtona səfəri zamanı bu barədə danışıb:

“Mən bu fəlakətdə həyatlarını itirənlərə görə kədərlənirəm. Biz hələ də ölənlərin sayını bilmirik. Amma ölən çoxdur”.

Kansler deyib ki, o hələ də itkin sayılanların tapılması üçün səylərini əsirgəməyəcək.

Merkel əlavə edib ki, leysan yağışları və daşqınlar hələ fəlakətin hamısı deyil.

Ölənlər və itənlər

Şimali Reyn-Vestfaliya torpağının hakimiyyət orqanları fəlakət nəticəsində azı 30 nəfərin öldüyünü bildirib.

Reynland-Pfalts torpağında 19 ölüm qeydə alınıb.

Belçika mediası 8 nəfərin öldüyünü bildirir.

Almaniyada fəlakət ən böyük dağıntını Şuld kəndinə gətirib. Burada bir neçə evlər dağılıb, onlarca insan itkin düşüb.

Xilasetmə əməliyyatlarını yolların bağlı olması, telefon rabitəsi və internetin kəsilməsi çətinləşdirir.

Bəzi kəndlər yerlə-yeksan olub. Buralarda kərpic və taxtadan tikilmiş evlər güclü selin qarşısında duruş gətirə bilməyib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen iyulun 15-də zərəçəkənlərə hər cür dəstək və yardımın göstəriləcəyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG